İQTİSADİYYAT


“SkyNews Arabia”: Avropanın qaz təchizatında Azərbaycanın rolu artır

Qahirə, 8 may, AZƏRTAC

Nüfuzlu “SkyNews Arabia” telekanalının iqtisadiyyat xəbərləri buraxılışında son aylar Avropanın qaz təchizatında Azərbaycanın rolunun artması barədə reportaj yayımlanıb.

Reportajda AZƏRTAC-ın Misirdəki müxbir məntəqəsinə istinadla qeyd olunub ki, Azərbaycan ən böyük qaz idxalçısı olan Avropa bazarına birbaşa çıxış əldə edərək öz ixrac imkanlarını şaxələndirib. Bu, ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, Azərbaycanın Avropanın etibarlı təbii qaz təchizatçısı kimi mövqeyini də gücləndirib. Belə ki, 2022-ci ildə Avropaya 10,5 milyard kubmetr həcmində Azərbaycan qazının nəqli nəzərdə tutulur. Bu, 2021-ci illə müqayisədə təqribən 30 faiz artım deməkdir. Azərbaycan qazının nəqli üçün mühüm strateji və iqtisadi əhəmiyyətə malik Trans-Adriatik Qaz Boru Kəməri (TANAP) vasitəsilə istismara verildiyi tarixdən cari ilin aprelin 1-dək 26,13 milyard kubmetr təbii qaz nəql edilib.

Telekanalın tamaşaçılarının diqqətinə satdırılıb ki, indiyədək Trans-Adriatik Boru Xətti (TAP) vasitəsilə Avropaya 11,6 milyard kubmetr qaz nəql edilib. Cari ilin ilk dörd ayında Avropaya tədarük edilən 3,5 milyard kubmetr Azərbaycan qazının 3,1 milyard kubmetri İtaliyanın, 0,3 milyard kubmetri Yunanıstanın, 0,1 milyard kubmetri isə Bolqarıstanın payına düşüb. Hazırkı ixrac tempi ilə Avropaya qaz tədarükümüzün ilin sonuna kimi 10 milyard kubmetrdən çox olacağı gözlənilir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.