SİYASƏT


“SkyNews Arabia” telekanalı: Azərbaycan qanunsuz silahlı dəstələrin öz ərazisini tərk etməsini tələb edir

Qahirə, 5 avqust, AZƏRTAC

Nüfuzlu “SkyNews Arabia” telekanalında Qarabağda qanunsuz erməni silahlı dəstələrinin növbəti təxribatı və Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatı barədə reportaj nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, telekanalın xəbərlər proqramının aparıcısı və siyasi şərhçilər 44 günlük müharibədən sonra dayanıqlı sülhə nail olmaq istiqamətində böyük səylər göstərən Azərbaycanın bununla yanaşı olaraq, qanunsuz erməni silahlı dəstələrinin öz ərazisini tərk etməsini tələb etdiyini qeyd ediblər. Reportajda Azərbaycan Xarici işlər Nazirliyinin bəyanatları və Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatları şərh olunaraq diqqətə çatdırılıb ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənəddə də qısa müddətdə bütün erməni silahlı dəstələrinin Qarabağdan çıxarılması öz əksini tapıb. Azərbaycanın xarici siyasət idarəsi də bildirib ki, Ermənistan bu Bəyanatın şərtlərini pozmaqla vasitəçi ölkələrə də hörmətsizlik nümayiş etdirir.

Reportajda “Qisas” əməliyyatı zamanı qanunsuz silahlı dəstələrin canlı qüvvəsinin zərərsizləşdirilməsi və hərbi texnikasının məhv edilməsi kadrları da nümayiş olunub.

 
Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.