İDMAN
“Sky Sports” nəşri “DÇ-2018”in 50 ən yaxşı futbolçusunun reytinqini tərtib edib
Bakı, 16 iyul, AZƏRTAC
Britaniyanın “Sky Sports” nəşri “DÇ-2018”in 50 ən yaxşı futbolçusunun reytinqini tərtib edib.
AZƏRTAC xəbər verir ki, oyunçuların yerləri 32 müxtəlif göstərici üzrə toplanmış xalların miqdarına əsasən müəyyən olunub.
Fransa yığmasının hücumçusu Kilian Mbappe mundialda ən yaxşı olub. İkinci yeri Belçika yığmasının yarımmüdafiəçisi Eden Azar, üçüncü yeri Braziliya komandasının forvardı Neymar tutub. FIFA-nın versiyasına görə, mundialın ən yaxşı oyunçusu Luka Modriç (Xorvatiya) isə dördüncü yerdə olub. Reytinqin ilk onluğunu təqdim edirik:
1. Kilian Mbappe (Fransa)
2. Eden Azar (Belçika)
3. Neymar (Braziliya)
4. Luk Modriç (Xorvatiya)
5. Kiran Tripyer (İngiltərə)
6. Antuan Qrizmann (Fransa)
7. Tibo Kurtua (Belçika)
8. Pol Poqba (Fransa)
9. Kevin de Breyne (Belçika)
10. Filippe Koutinyo (Braziliya).