İDMAN


“Sky Sports” televiziya kanalı azərbaycanlı marşal xanımlardan bəhs edən reportaj hazırlayıb

Bakı, 14 iyun, AZƏRTAC

Böyük Britaniyanın dünyaca məşhur “Sky Sports” televiziya kanalı azərbaycanlı marşal xanımlardan bəhs edən canlı reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, ilk dəfə olaraq tam heyəti qadın marşallardan ibarət post Bakı şəhər halqasını Formula 1 çempionatında növbəti dəfə fərqləndirdi. Adətən kişi marşalların üstünlük təşkil etdiyi Qran-Prilərdən fərqli olaraq Bakı trekində xanım marşalların sayca çoxluğu və xüsusi fəallığı “Sky Sports”un diqqətindən yayınmayıb.

Bakı şəhər halqasının 16-cı döngəsində xanımlardan müsahibə alan britaniyalı aparıcı Kreq Sleyter təəssüratını bölüşüb: “Azərbaycanlı xanımların avtoidmana olan həvəsi və təşəbbüsü məni həqiqətən heyrətləndirdi”.

Xanım marşallar öz karyeralarında uğurlu olmaqla bərabər, marşal kimi öz vəzifələrinin öhdəsindən gəlməyi və yarışı idarə etməyi də peşəkar şəkildə bacarırlar. Qeyd edək ki, builki yarışa ümumilikdə 1400 marşal cəlb olunmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.