ELM VƏ TƏHSİL


Skyline operatoru əsasında optimal virtual maşınların seçilməsi üçün yanaşma təklif edilib

Bakı, 31 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və sektor müdiri Oqtay Ələkbərovun həmmüəllifi olduqları “Mobil hesablamada virtual maşınların seçilməsi üçün skyline operatoru” sərlövhəli məqalə nüfuzlu “International Journal of Modern Education and Computer Science” jurnalında dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə naqilsiz şəhər miqyaslı şəbəkələrin (Wireless Metropolitan Area Networks-WMAN) baza stansiyalarının yaxınlığında yerləşdirilən cloudletlərin texniki imkanlarını nəzərə alaraq mobil istifadəçilərin sorğularının balanslı şəkildə onlarda yaradılan virtual maşınlarda yerləşdirilməsi məsələsinin həlli verilib. Bu məqsədlə istifadəçinin məsələnin həllinə qoyulmuş tələbləri təmin edən virtual maşınların (VM) seçilməsi üçün cloudletlər əsasında ierarxik strukturlu arxitektura və alqoritm təklif edilib. İkikriteriyalı seçim məsələsinin həlli üçün VM çoxluğundan skyline operatoru əsasında optimal VM-in seçilməsi üçün yanaşma təklif olunub.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində hazırlanıb.

Qeyd edək ki, jurnal “CrossRef”, “Google Scholar”, EBSCO, “JournalSeek” kimi elmi bazalarda indeksləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.