İDMAN


“Slaviya” ardıcıl ikinci dəfə Çexiya çempionu olub

Bakı, 25 iyun, AZƏRTAC

Futbol üzrə Çexiya çempionatının qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Praqanın “Slaviya” klubu Çexiya çempionu adını qazanıb. Bu, ikinci mərhələnin II turunda reallaşıb. Plzen “Viktoriya”sını 1:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi 32 oyundan sonra xal hesabını 78-ə çatdırıb. Yindrjix Trpişovskinin yetirmələri sona üç tur qalmış “Viktoriya”nı 9 xal qabaqlayıblar. Plzenlilər liderə çatmaq imkanına malik olsa da, şəxsi oyunlardakı üstünlük “Slaviya”nın çempionluğu üçün yetərli olub.

Qeyd edək ki, ardıcıl ikinci çempionluğunu qazanan “Slaviya” 22 dəfə Çexoslovakiyada, 6 dəfə isə Çexiyada ən yaxşı adını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.