CƏMİYYƏT


Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub

Bakı, 21 sentyabr, AZƏRTAC 

Sentyabrın 21-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə respublikamızda səfərdə olan Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Peter Marçek ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Slovakiya arasında formalaşmış dostluq münasibətlərindən və müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb.

Görüşdə Milli Məclisin Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev də iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.