ELM VƏ TƏHSİL


Slovakiya Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib

Bakı, 11 aprel, AZƏRTAC

Slovakiya 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təqaüd proqramına əsasən, bakalavriat və ya magistratura pillələri üzrə təhsil, biznes və idarəetmə, ekologiya, memarlıq, mühəndislik, kənd təsərrüfatı, meşəçilik, baytarlıq, su ehtiyatlarının idarə olunması, tibb, diş cərrahiyyəsi, əczaçılıq, informasiya texnologiyaları ixtisasları çərçivəsində təqaüdlər təklif edilir.

Təqaüd proqramına iddiaçılar mayın 30-dək müraciət etməlidirlər. Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Tədris ingilis və slovak dillərində aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.