RƏSMİ SƏNƏDLƏR


Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputovadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Slovakiya ilə Azərbaycan arasında qarşılıqlı maraq doğuran bütün sahələrdəki dostluq münasibətləri və faydalı əməkdaşlıq gələcəkdə də xalqlarımızın rifahı naminə uğurla inkişaf edəcək və biz dünya ölkələrinin birgə mübarizəsinə ehtiyac duyulan hazırkı qlobal pandemiyanın öhdəsindən layiqincə gələcəyik.

Hörmətli cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, ölkənizə və bütün vətəndaşlarınıza tərəqqi və rifah diləyir, sivil və demokratik cəmiyyətinizin daim inkişaf etməsini arzulayıram.

Hörmətlə,

Zuzana Çaputova

Slovakiya Respublikasının Prezidenti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin