SİYASƏT


Slovakiya XİN-in rəhbəri: Azərbaycan etibarlı tərəfdaşdır

Bakı, 19 oktyabr, AZƏRTAC

Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq sazişi dəstəkləyirik. Ölkəniz siyasi, iqtisadi müstəvilərdə Avropa İttifaqı ilə əməkdaşlıq edir. Azərbaycan etibarlı tərəfdaşdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Slovakiya Respublikasının xarici və Avropa işləri naziri İvan Korçok Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi birgə brifinqdə söyləyib.

O qeyd edib ki, azərbaycanlı həmkarı ilə görüşdə iki ölkə arasında münasibətlər, o cümlədən müharibədən sonra Qarabağdakı vəziyyət nəzərdən keçirilib. Bildirib ki, ən ağır münaqişələrdə belə beynəlxalq hüququn normaları gözlənilməlidir. Xalqlar, müxtəlif etnik qruplar sülh içində yaşamalıdır. Ötən ilin noyabrında imzalanan üçtərəfli Bəyanat bu istiqamətdə zəmin yaradıb.

Nazir, həmçinin vurğulayıb ki, Slovakiya ilə Azərbaycan arasındakı müsbət münasibətlər daha da genişləndirilməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.