İDMAN


Slovakiya millisinin Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb

Bakı, 23 may, AZƏRTAC

UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Slovakiya yığmasının heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Ştefan Tarkoviç 26 futbolçuya dəvət göndərib.

Heyətə qapıçılar - Marek Rodak ("Fulhem", İngiltərə), Frantişek Plax ("Pyast", Polşa), Dominik Takaç ("Spartak", Trnava), müdafiəçilər - Milan Şkrinyar ("İnter", İtaliya), Norbert Gimber ("Salernitana", İtaliya), Martin Valyent ("Malyorka", İspaniya), Petar Pekarik ("Herta", Almaniya), Martin Kostselnik ("Slovan", Çexiya), Yuray Çvatal ("Siqma", Çexiya), David Qantsko ("Sparta", Çexiya), Lübomir Şatka ("Lex", Polşa), Vernon de Marko ("Slovan"), yarımmüdafiəçilər - Stanislav Lobotka ("Napoli", İtaliya), Yuray Kuçka ("Uotford", İngiltərə), Ondrey Duda ("Köln", Almaniya), Matuş Bero ("Vitess", Niderland), Tomaş Suslov ("Qroningen", Niderland), Patrik Qoroşovski ("Genk", Belçika), Kristian Körts ("Qrasshopper", İsveçrə), İvan Şvarts ("Slaviya", Çexiya), Albert Rusnak ("Sietl Sounders", ABŞ), Vladimir Vayss ("Slovan"), hücumçular - Lukaş Qaraslin ("Sassuolo", İtaliya), Robert Bojenik ("Düseoldorf", Almaniya) və Ladislav Almasi ("Ostrava", Çexiya) dəvət olunublar.

Qeyd edək ki, Slovakiya yığması millimizlə iyunun 10-da "Dalğa Arena"da qarşılaşacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.