DÜNYA


Slovakiyada prezident seçkiləri başlayıb

Bakı, 16 mart, AZƏRTAC

Martın 16-da Slovakiyanın 18 yaşdan yuxarı 4,45 milyon vətəndaşının prezidentliyə 13 namizəddən ən layiqlisini respublikanın rəhbəri postuna seçmək üçün 15 saat vaxtları olacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Slovakiyada yerli vaxtla səhər saat 7:00-dan axşam 22:00-a qədər prezident seçkiləri keçiriləcək.

“Dövlət Statistika İdarəsi səsvermənin ilk nəticələrini seçki prosesi qurtaran kimi dərc edəcək və bunu təxminən 10 dəqiqəlik intervalla təkrarlayacaq. Bazar günü səhər saatlarında seçki nəticələrinin ümumi şəkli tam aydın olacaq”, – deyə idarənin rəhbəri Aleksander Ballek martın 15-də keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, səsvermənin yekun nəticələri martın 17-də, onları Seçki və siyasi partiyaların maliyyələşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası təsdiqlədikdən sonra dərc ediləcək.

Yerli KİV-lər prezident sarayında yer uğrunda 13 namizəd arasında 3 favoriti müəyyən edib. Onlar Avropa Komissiyası rəhbərinin 52 yaşlı müavini Maroş Şefçoviç, Ali Məhkəmənin 61 yaşlı sabiq rəhbəri Ştefan Harabin və Bratislava yaxınlığındakı Pezinok şəhərciyindən olan 45 yaşlı vəkil Zuzan Çaputovadır. Hər 3 namizəd moratoriumun başladığı martın 1-nə qədər keçirilən sosioloji rəy sorğularında daim ilk 3 yeri tutub.

AKO agentliyinin keçirdiyi son sorğulardan birinin nəticəsi daha maraqlı olub. Sorğunun nəticəsində əsasən, Çaputova respondentlərin 52,9 faizinin, Şefçoviç 16,7 faizinin, Harabin isə 11,4 faizinin etimadını qazanıb. Qalan namizədlər isə onlardan xeyli geridə qalır.

Şənbə günü keçirilən seçkilərdə qələbə qazanmaq üçün namizədlərdən biri ölkədə qeydiyyatdan keçən seçicilərin 50 faiz və üstəgəl 1 səsini toplamalıdır. Bugünkü səsvermə qalibi müəyyən etməsə, martın 30-da prezident seçkilərinin 2-ci turu başlayacaq. Burada isə prezident sadə səs çoxluğu ilə müəyyən olunacaq.

Qeyd edək ki, Slovakiyanın hazırkı dövlət başçısı Andrey Kiska keçmiş sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan bir sıra qalmaqallar səbəbindən yenidən prezident seçilmək üçün öz namizədliyini irəli sürməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.