DÜNYA


Slovakiyanın Ekologiya naziri istefa verib

Bratislava, 23 yanvar, AZƏRTAC

Slovakiyanın Ekologiya naziri Laslo Solimos yanvarın 23-də tutduğu vəzifədən istefa verib.

AZƏRTAC xəbər verir ki, 51 yaşlı siyasətçinin bu addımı atmasına səbəb yanvarın 22-də Bratislavanın mərkəzindəki restoranların birində içkili vəziyyətdə dava salması, restoranın işçilərinə hücum etməsi və onlardan birinə xəsarət yetirməsi olub.

Məsələ ictimailəşdikdən sonra Baş Nazir Peter Pelleqrini L.Solimosu qəbul edərək, baş vermiş hadisəyə görə ictimaiyyət qarşısına çıxaraq üzr istəməyi tələb edib.

Baş Nazirlə görüşdən sonra istefa verdiyini bildirən L.Solimos jurnalistlərin suallarına cavab verməkdən də imtina edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bratislava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.