İDMAN


Sloveniya-Azərbaycan oyununun birinci hissəsində hesab açılmayıb

Bakı, 12 noyabr, AZƏRTAC

Futbol üzrə Sloveniya və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununun birinci hissəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, Lyublyana şəhərindəki "Stojitse" stadionunda təşkil olunan matçın birinci hissəsində hesab açılmayıb.

Azərbaycan yığması tarixində ilk dəfə Sloveniya ilə üz-üzə gəlir. Milli bu rəqiblə seçmə mərhələlərdə və yoldaşlıq oyunlarında qarşılaşmayıb.

Qarşılaşma “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanır.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 14-də Monteneqro, üç gün sonra isə Lüksemburqla UEFA Millətlər Liqasının qrup mərhələsində son oyunlarında üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.