DÜNYA


Sloveniya Fələstinin dövlət müstəqilliyini tanımağa hazırdır

Lyublyana, 11 iyul, AZƏRTAC

Sloveniya Fələstinin müstəqilliyi uğrunda həyata keçirilən hazırkı səyləri dəstəkləmək məqsədilə Avropa İttifaqının bir qrup dövləti ilə konsensus şəklində Fələstinin dövlət müstəqilliyini tanımağa hazırdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Sloveniyanın Xarici İşlər naziri Miro Tserar fələstinli həmkarı Riyad Malki ilə görüşündən sonra bildirib. O deyib ki, Sloveniya bu addımı yalnız Avropa İttifaqına üzv dövlətlər buna hazır olduqda atacaq.

Paytaxt Lyublyanada R.Malki ilə görüşdə o, hökumətin Fələstin ilə bütün sahələrdə, xüsusən də iqtisadi sahədə qarşılıqlı əlaqələri inkişaf etdirmək arzusunda olduğunu bildirib.

R.Malki sloveniyalı həmkarına regiondakı yeniliklər, əsasən də “Əsrin anlaşması” və keçən ay Bəhreyndə baş tutan seminarın mənfi təsirləri barədə məlumat verib. O, Fələstin dövlətinə və xalqına qarşı dost münasibətinə, xüsusən də inkişaf layihələrinə və BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə verdiyi dəstəyə görə Sloveniyaya təşəkkürünü bildirib.

Daha sonra hər iki tərəf Fələstin dövlətinin tanınması və daimi sülhün əldə olunması üçün Fələstinin mövqeyinin möhkəmlənməsində bu məsələnin əhəmiyyətini müzakirə ediblər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Lyublyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.