Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Sloveniya Respublikasının Prezidenti Borut Pahordan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edim, ölkənizə hərtərəfli inkişaf və rifah arzularımı çatdırım. Ölkəniz üçün böyük əhəmiyyəti olan bu yubiley – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sizi təbrik etməkdən xüsusi məmnunluq duyuram.

2011-ci ildə Sizin Sloveniyaya rəsmi səfəriniz zamanı aparılan danışıqların ölkələrimiz arasında dostluq münasibətlərinin və tərəfdaşlığın daha da möhkəmlənməsinə təkan verdiyini böyük məmnuniyyətlə xatırlayırıq. Əminəm ki, Sloveniya və Azərbaycan dünyada sülhə, sabitliyə və anlaşmaya töhfə verməklə ikitərəfli əlaqələrini bundan sonra da genişləndirəcək və inkişaf etdirəcəklər.

Möhtərəm cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Borut Pahor

Sloveniya Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin