DÜNYA


Sloveniya Xorvatiyadakı səfirini geri çağırır

Zaqreb, 10 aprel, AZƏRTAC

Sloveniya hökuməti Xorvatiyadakı səfirini geri çağırıb.

AZƏRTAC xəbər verir ki, buna səbəb Xorvatiya xüsusi kəşfiyyat orqanlarının Sloveniyada fəaliyyəti ilə əlaqədar baş verən münaqişədir.

Sloveniya Baş naziri Maryan Şarets bununla əlaqədar Təhlükəsizlik Şurasının iclasını da keçirib. Eyni zamanda, Xorvatiya səfiri Sloveniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, münaqişə hələ 2009-cu ildə iki ölkənin Adriatik dənizinin şimalındakı dəniz və quru sərhəd bölgüsü səbəbindən baş verib. Ötən ilin əvvəlində Sloveniyanın sabiq baş naziri Miroslav Tserar ərazi bölgüsünü nəzərdə tutan əvvəlcədən razılaşdırılmış sazişi imzalamaqdan imtina edib və münaqişənin həllini daha da çətinləşdirib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.