İDMAN


Sloveniya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Bakı, 11 noyabr, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək.

AZƏRTAC xəbər verir ki, yığmamız Lyublyana şəhərində Sloveniyanın qonağı olacaq.

Artıq komandaların start heyətləri açıqlanıb. Millimizin heyətində meydana Emil Balayev, Anton Krivotsyuk, Maksim Medvedev, Bədavi Hüseynov, Təmkin Xəlilzadə, Amin Seydiyev, Vüqar Mustafayev, İsmayıl İbrahimli, Azər Salahlı, Mahir Emreli və Tellur Mütəllimov çıxacaqlar.

Sloveniya seçməsinin ilk on birliyində isə Vid Belets, Neyts Skubiç, Mario Yurçeviç, Kenan Bayriç, Mixa Mevlya, Yasmin Kurtiç, Sandi Lovriç, Qnezda Çerin, Mixa Zayts, Tim Matavj və Yosib İliçiç yer alıblar.

Matçın baş hakimi macarıstanlı Ferenc Karako olacaq. Ona həmyerliləri Peter Kobor və İstivan Albert kömək edəcəklər. Dördüncü hakim funksiyasını David Smayç yerinə yetirəcək.

Azərbaycan yığması tarixində ilk dəfə Sloveniya ilə üz-üzə gələcək. Milli bu rəqiblə seçmə mərhələlərdə və yoldaşlıq oyunlarında qarşılaşmayıb.

Bakı vaxtı ilə saat 23:45-də başlayacaq qarşılaşma “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 14-də Monteneqro, üç gün sonra isə Lüksemburqla UEFA Millətlər Liqasının qrup mərhələsində son oyunlarında üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.