Sloveniyada kimya müəssisəsində partlayış nəticəsində 20 nəfər xəsarət alıb VİDEO
AzerTAg.az
Bakı, 12 may, AZƏRTAC
Sloveniyadakı kimya müəssisəsində baş verən partlayış və yanğın nəticəsində ən azı 20 nəfər zərər çəkib, onlardan ikisi ağır yanıq xəsarətləri ilə Lyublyana Klinik Mərkəzinə yerləşdirilib.
AZƏRTAC Sloveniya mediasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla saat 9:00-da (Bakı vaxtı ilə 11:00) Koçevye şəhərində yerləşən “Melamin” kimya müəssisəsində qeydə alınıb. Partlayış dalğası ətrafdakı binaların şüşələrini qırıb. Qəzanın nəticələrinin aradan qaldırılması üzrə əməliyyatlara yanğınsöndürmə və tibb briqadaları, həmçinin helikopterlər cəlb olunub.
Sloveniya Fövqəladə Hallar İdarəsi hazırda yanğının söndürüldüyünü bildirib və kimya müəssisəsindən 500 metr radiusda yaşayan əhaliyə küçələrə çıxmamağı, həmçinin qapı və pəncərələri açmamağı tövsiyə edib.

Xəbərin mətnində orfoqrafik səhv var