DÜNYA


Sloveniyada meymunçiçəyinə iki yoluxma faktı təsdiqlənib

Lyublyana, 27 may, AZƏRTAC

Sloveniyada meymunçiçəyi virusuna iki yoluxma faktı təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bir gün ara ilə təsdiqlənən hər iki halın İspaniyaya səfərdən geri dönmüş şəxslər olduğu müəyyən edilib. Bu barədə məlumatı İctimai Səhiyyə üzrə Sloveniya Milli İnstitutu yayıb.

İnstitutun baş epidemioloqu Mario Fafanqel bildirib ki, Kanar adalarında yoluxan şəxs Sloveniyaya gəldikdən sonra xəstəliyin əlamətləri özünü büruzə verib, hazırda pasiyentlərin vəziyyəti normaldır. Həmçinin qeyd edilib ki, infeksiyanın əhali arasında geniş yoluxmaya səbəb olma ehtimalı aşağı qiymətləndirilir.

Yoluxmuş şəxslərlə təmasda olanların üç həftə ərzində səhhətlərində dəyişikliklərin diqqətdə saxlanması tövsiyə olunub. Yoluxmuş şəxslər isə üç həftə karantində qalmalıdırlar.

Sloveniya hökuməti yoluxucu xəstəliklərə qarşı qanunda nəzərdə tutulmuş tədbirlərin meymunçiçəyi ilə əlaqədar tətbiqi barədə qərar qəbul edib və bu virusla yoluxmanı yoluxucu xəstəliklərin birinci qrupuna daxil edib.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Lyublyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.