DÜNYA


Sloveniyada yanacaqdoldurma məntəqələrində 30 gün müddətinə qiymətlərə maksimal hədd təyin olunub

Sloveniyada yanacaqdoldurma məntəqələrində 30 gün müddətinə qiymətlərə maksimal hədd təyin olunub

Lyublyana, 14 mart, AZƏRTAC

Sloveniya hökuməti yanacağın qiymətinin kəskin artımını nəzərə alaraq yanacaqdoldurma məntəqələrində 30 gün müddətinə qiymətlərə maksimal hədd təyin edib.

AZƏRTAC xəbər verir ki, normal benzinin bir litri maksimum 1,503 avroya, dizelin bir litri isə 1,541 avroya təklif edilə bilər. Sloveniyanın iqtisadiyyat naziri Zdravko Poçivalsek bildirib ki, hökumətin məqsədi yanacaq bazarındakı vəziyyətdə sabitliyə nail olmaqdır.

Hökumətin bu qərarı ilə benzin ölkədə ən ucuz satılan qiymətdən 6 sent, dizel isə 13 sent ucuza təklif edilməlidir.

Sloveniya hökumətinin bu qərarı qonşu Avstriya və İtaliya tərəfindən narazılıqla qarşılanıb. Belə ki, hər iki ölkədə yanacağın qiyməti iki avro civarındadır və bu qərarın yanacaq turizminə geniş meydan verəcəyi ehtimal olunur.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Lyublyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.