İQTİSADİYYAT


“SmartPay” ödəmə sisteminə “Bline” internet provayderi əlavə olunub

Bakı, 16 sentyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə məxsus, bir çox xidmətləri vahid platformada toplayan “SmartPay” ödəmə sisteminə “Bline” internet provayderi də qoşulub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, artıq bu internet provayderlərinin abonentləri “smartpay.az” saytından “internet provayderlər” bölməsini, daha sonra “Bline” seçib abunə kodlarını qeyd etməklə heç bir komissiya haqqı olmadan aylıq ödənişlərini rahat şəkildə həyata keçirə biləcəklər.

Məlumat üçün bildirək ki, “AZCLOUD” bulud xidmətləri nəzdində təqdim olunan “SmartPay” 400-ə qədər ödəniş təminatçısını özündə birləşdirir. İstifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinə və mühafizəsinə yüksək şəkildə təminat verən “SmartPay” ödəmə sistemi Azərbaycanın bütün ərazisini əhatə edir.

Elektron ödənişlər üçün isə “smartpay.az” saytından istifadə etmək olar. Bundan əlavə, “Android” əməliyyat sistemində çalışan mobil cihaz istifadəçiləri “Play Store”da “SmartPay Wallet” yazıb axtarış etməklə tətbiqi mobil qurğularına yükləyib ödənişlərini edə bilərlər. “SmartPay” vasitəsilə istifadəçilər kommunal ödənişlər, bank xidmətləri, sığorta ödənişləri, mobil cihazların qeydiyyatdan keçirilməsi üçün dövlət rüsumlarının ödənilməsi, mobil nömrələrdə balansın artırılması və sair kimi xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, “SmartPay” ödəmə sisteminin IT infrastrukturunun “AZCLOUD” əlçatanlıq zonasında olması məlumat mübadiləsini istər mobil, istərsə də digər cihazlar vasitəsilə təhlükəsiz və sürətli şəkildə təqdim etməsinə imkan verir.

Azərbaycanın İKT yönümlü ilk qurumlarından olan Məlumat Hesablama Mərkəzi (MHM) 1974-cü ildə fəaliyyətə başlayıb. Qurum ölkəmizdə “Data Analiz” və “Smart” həllərin ilkin mərhələlərinin formalaşmasında bünövrə rolu oynayıb. “İSO 9001:2015” beynəlxalq keyfiyyət sertifikatına malik MHM ölkə əhəmiyyətli bir neçə layihənin texniki operatorudur. Mərkəz “Elektron İmza”, “Billinq sistemi”, “Açıq Məlumatlar Portalı”, “Mobil Cihazların Qeydiyyatı Sistemi”, “AzDataCom” şəbəkəsi, “SmartPay” ödəmə sistemi və sair kimi rəqəmsal xidmətlər göstərir. Ölkəmizin rəqəmsal transformasiyası, virtual sferada güclənməsi, həmçinin yüksək texnologiyaların tədqiqi və tətbiqi qurumun strateji hədəfidir.

Mərkəz haqqında daha ətraflı məlumatı “rabita.az” saytından ala bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.