İQTİSADİYYAT


Smart funksiyalı “Azərbaycan təhsil kartı” layihəsinə daha 3 universitet qoşulub

Bakı, 10 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində Azərbaycan Mərkəzi Bankı (AMB), Təhsil Nazirliyi, “MasterCard” Beynəlxalq Kart Təşkilatı və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dəstəyi ilə daha 3 universitet - Dövlət İdarəçilik Akademiyası, Dövlət Dəniz Akademiyası və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı smart funksiyalı “Azərbaycan təhsil kartı” layihəsinə qoşulub.

AMB-dən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan təhsil kartı” tələbələrə təhsil aldıqları dövrdə onların indentifikasiya sənədi rolunu oynamaqla yanaşı, ödəniş xidmətlərindən yararlanmağa, o cümlədən təqaüdlərin alınmasına, ölkə daxilində və xaricində istənilən nağdsız ödənişlərin həyata keçirilməsinə imkan verəcək. Regionlarda yaşayan valideynlər övladlarına bu kart sayəsində rahatlıqla maliyyə vəsaiti göndərə biləcəklər. İnnovativ kart məhsulu vasitəsilə həyata keçirilən nağdsız ödənişlər zamanı tələbələr “cashback” proqramı və digər xüsusi kampaniyalardan yararlanmaq imkanı əldə etməklə yanaşı, bu kartlardan universitet, kitabxana və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə “Azərbaycan təhsil kartı”nın əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda və digər xidmət sahələrində istifadə olunması nəzərdə tutulur. Bu kartlardan istifadə tələbələr arasında müasir ödəniş mədəniyyətinə malik yeni nəslin formalaşmasına və ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacaq. Ölkə ərazisində elan edilmiş karantin qaydaları nəzərə alınmaqla adıçəkilən unveristetlərin hər birindən məhdud sayda tələbəyə müvafiq kartlar təqdim edilib, yeni təhsil ili başladıqdan sonra isə qısa müddət ərzində unversitetlərin bütün tələbələrinə smart funksiyalı “Azərbaycan təhsil kartı” təqdim ediləcək.

Qeyd edək ki, “Azərbaycan təhsil kartı” layihəsi çərçivəsində artıq Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və Bakı Dövlət Universitetində təhsil alan tələbələrə ödəniş funksionallı “Azərbaycan təhsil kartlar”ı təqdim edilib. Bu layihənin yaxın gələcəkdə ölkənin bütün ali təhsil müəssisələrini əhatə etməsi planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.