ELM VƏ TƏHSİL


Smartfonlar üçün enerjidoldurma qurğusu hazırlanıb

Bakı, 13 noyabr, AZƏRTAC

Fransanın “Dracula Technologies” şirkətinin mütəxəssisləri smartfonlar üçün təbii və süni işıqla işləyən enerjidoldurma qurğusu hazırlayıblar. Bükülən kiçik vərəqdən ibarət olan qurğunu bir saat ərzində adi printerdə çap etmək, telefona və ya istənilən səthə yapışdırmaq olar.

AZƏRTAC futurist.ru saytına istinadla xəbər verir ki, günəş enerjisi üzrə ixtisaslaşdırılmış şirkətin mütəxəssisləri yeni layihədə süni işıqlandırmadan da istifadə etməyə qərar veriblər. Bununla bağlı müəyyən çətinliklər yaranıb. Belə ki, süni işığın intensivliyi günəş işığının intensivliyindən daha aşağıdır. İstehsalçılar hələlik elektrik işıqlandırmasının köməyi ilə telefonu tamamilə doldura bilmirlər. Yeni texnologiyanı təkmilləşdirən mühəndislər bir neçə ay sonra smartfonları qısa müddətdə süni işıq vasitəsilə yükləməyin mümkün olacağını bildiriblər.

Beş qatdan ibarət vərəqin ölçüsü (diametri 5 santimetr) müasir smartfonlar üçün uyğundur, lakin istehsalçılar vərəqləri daha böyük ölçüdə (30 santimetrə qədər) çap etməyi və onları işıqla tez-tez təmasda olan səthlərə bərkitməyi məsləhət görürlər. Vərəq rəngini dəyişərək şəffaf ola bilir.

İstehsalçılar rahat, kiçik və ucuz qurğunun tezliklə bütün kiçik elektrik cihazlarının enerji ilə yüklənməsi üçün istifadə olunacağına əmindirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.