İQTİSADİYYAT
Smiloviç keçə fabriki bu il ilk dəfə Azərbaycana yun adyal və balış ixrac edib
Bakı, 18 noyabr, AZƏRTAC
Minsk şəhərində yerləşən Smiloviç keçə fabriki bu il ilk dəfə Azərbaycana yun adyal və balış ixrac edib.
AZƏRTAC xəbər verir ki, bu barədə müəssisənin direktoru Vasili Saban deyib. Fabrik cari ilin yanvar-oktyabr aylarında təxminən 10 min adyal və balış istehsal edib ki, bu da ötən ilin müvafiq dövrünü iki dəfə üstələyir. Balışlar xüsusi texnologiya ilə hazırlanır: içərisi faybertek materialından, üzəri isə yundan.
Qoyun yunundan müxtəlif ölçülü sırıqlı yun adyal, o cümlədən uşaq adyalı istehsal edən fabrik məhsulunun təxminən 60 faizini ixrac edir. Ukrayna, Qazaxıstan, Rusiya, Baltikyanı ölkələr, Finlandiya, İsveç, Kanada idxalçı ölkələrdir. Bu ilin sonuna Qazaxıstana 70 min dollarlıq məhsul ixracı planlaşdırılır.
Fabrikin istehsalın strukturunda əsas seqment isə keçə çəkmələrdir. Cari mövsümdə 55 min cüt, ötən il isə 50 min cüt keçə çəkmə satılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:39]
Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO
- 28.03.2024 [15:25]