REGİONLAR


Snayper hazırlığı kursu başa çatıb

Naxçıvan, 22 yanvar, AZƏRTAC

Naxçıvan Qarnizonu qoşunlarında növbəti snayper hazırlığı kursu uğurla başa çatıb.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu münasibətlə keçirilən mərasimdə əvvəlcə Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Məzunlar adından çıxış edən kurs birincisi gizir Şahmar Orucov bildirib ki, real döyüş əməliyyatlarına yaxın təşkil edilmiş məşğələlərdə qazanılan təcrübə nəticəsində ən çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə hazırıq. Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu baş çavuş Murad Bayraqdar kursda qazanılan nailiyyətlərdən danışıb. Bildirilib ki, kurs zamanı gecə və gündüz şəraitində snayper tüfənglərindən müxtəlif məsafələrdə yerləşən hədəflərə ən çətin atışlar icra edilib.

Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Tehran Mənsimov kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək deyib ki, hər iki qardaş ölkənin hərbi qulluqçularının kurs zamanı keçirilən məşğələlərdə vətənpərvərlik hissləri ilə peşəkarlıq nümayiş etdirməsi hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunun əyani göstəricisidir. Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun təlimatçı qismində iştirak etdiyi mütəxəssis snayper hazırlığı kursunda şəxsi heyətə kəskin relyef və iqlim şəraitində fəaliyyət göstərmək üçün dözümlü, təmkinli və yüksək fiziki hazırlığa malik olmaq kimi xüsusiyyətlər aşılanıb.

Sonda kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar və döş nişanları təqdim edilib. Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.