Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Soçi uğuru: çoxvektorlu siyasətin növbəti təntənəsi

Soçi uğuru: çoxvektorlu siyasətin növbəti təntənəsi

Newtimes.az analitik-informasiya portalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfərinin uğurlarından bəhs edən məqalə yerləşdirilib. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycanın dövlət başçısı İlham Əliyevin Rusiyanın Soçi şəhərində Vladimir Putinlə apardığı müzakirələr geniş marağa səbəb olub. Burada imzalanan sazişlərin məzmunu və əldə edilən nəticələr göstərir ki, söhbət iki müstəqil dövlətin strateji əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindən gedir. Cənubi Qafqazın başqa heç bir dövləti bu miqyasda çoxvektorlu xarici siyasət həyata keçirə bilmir. Azərbaycan ABŞ-la əlaqələrini inkişaf etdirir. Avropa İttifaqı ilə hərtərəfli əməkdaşlığa dair yeni saziş hazırlanır, Türkiyə ilə əlaqələr yüksək səviyyədədir, İranla münasibətlər dinamik inkişaf edir, Çin ilə əlaqələr genişdir, Gürcüstanla əməkdaşlığın konkret məzmunu hamıya məlumdur. Rusiya kimi böyük qonşu dövlətlə də qarşılıqlı faydalı əməkdaşlıq kursunun müəyyənləşdirilməsi həyat əhəmiyyətli məsələdir. Regionda məhz Bakı bu vəzifənin öhdəsindən gəlir. Bütün bunlara görədir ki, Soçidə əldə edilən razılıqlar tarixi məzmun kəsb edir və Azərbaycanın müstəqil dövlət kimi inkişafına ciddi töhfələr verəcək. Məsələnin bu aspekti üzərində bir qədər geniş dayanmaq zərurəti vardır.

Tarix və müasirlik: iki müstəqil dövlətin əməkdaşlıq prinsipləri

Prezident İlham Əliyevin Soçidə Rusiya dövlət başçısı ilə görüşü səmərəli nəticələr verib. Bu hadisəyə KİV-lərin və ekspertlərin marağının böyük olması gözlənilən idi. Çünki Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi qlobal səviyyədə aparıcı oyunçulardan olan, ənənəvi tarixi əlaqələrə malik, coğrafi olaraq da qonşuluqda yerləşən Rusiya ilə münasibətlərin inkişaf perspektivlərini müəyyənləşdirməli idi. Prezidentlərin apardıqları müzakirələr və imzalanan sənədlər göstərdi ki, rəsmi Bakı kifayət qədər rasional, reallığa uyğun və düşünülmüş mövqe seçib. Etiraf etməliyik ki, bu məqam bir sıra dairələri qıcıqlandırmaqdadır.

Məsələnin mahiyyəti son zamanlar dünya siyasətində baş verən hadisələr və onların regional proseslərə təsiri ilə bağlıdır. Hazırda geosiyasi dinamika o dərəcədə həssaslaşıb və yeni çalarlar əldə edib ki, onlara çevik reaksiya vermək mürəkkəbləşib. Azərbaycan bütün faktorları nəzərə alaraq çevik xarici siyasət yürüdür. Bakının xarici siyasəti çoxvektorludur. ABŞ, Avropa, Türkiyə, Çin, İran və Rusiya kimi böyük güclərlə münasibətlərin qurulmasında zərgər dəqiqliyi nümayiş etdirilir.

Soçi görüşünə bu meyar aspektində yanaşdıqda, Azərbaycan rəhbərliyinin Rusiya ilə əlaqələrin inkişafına rasionallıqla yanaşdığını görmək mümkündür. Maraqlıdır ki, rəsmi İrəvan öz ənənəvi müttəfiqi ilə münasibətlərə son dövrlərdə bir qədər laqeyd yanaşır. Bunun arxasında nələrin dayandığını zaman göstərəcək. Ancaq bir həqiqət vardır: Bakı balanslaşmış məzmuna malik və qarşılıqlı faydalı əməkdaşlıq formuluna uyğun olan münasibətlər qurmaqda davam edir. Və hər zaman da bu kursdan bəhrələnir. Konkret Rusiya faktoruna gəldikdə həmin özəlliyi aydın surətdə görə bilərik.

Prezident İlham Əliyev Soçidə mətbuata verdiyi bəyanatda çıxışı zamanı vurğulayıb: "Ölkələrimizin dövlət başçıları arasında müntəzəm əlaqələr bizim çox möhkəm bazaya əsaslanan münasibətlərimizə dinamizm verir. Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir. Bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir və bu gün mənim səfərim zamanı biz ikitərəfli münasibətlərimizin bir çox aspektlərini, beynəlxalq problemləri ətraflı şəkildə müzakirə etdik" (bax: Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər / AZƏRTAC, 1 sentyabr 2018).

Bu fikirlərdə faktiki olaraq Azərbaycan-Rusiya münasibətlərinin xarakteri, məqsədləri və konkret əhatə dairəsi əks olunub. Hər şeydən əvvəl, bu münasibətlər strateji xarakterlidir, yəni uzun müddətə nəzərdə tutulur və konkret meyarlarla, məqsədlərlə müəyyənləşir. Bu isə ancaq iki müstəqil dövlət arasında mövcud ola bilər. Rusiya Azərbaycan üçün böyük qardaş deyil və olması da nəzərdə tutulmur. Bu baxımdan həm Rusiyada, həm də Azərbaycanda bir sıra ekspertlərin iki müstəqil dövlət arasındakı münasibətləri köhnə sovet qəlibində görmək kimi xəyallara düşməsi yersizdir, heç bir əsası yoxdur. Onlara ən yaxşı cavabı Rusiya Prezidenti Vladimir Putin mətbuata bəyanatında verdi. O, açıq ifadə etdi: "Qeyd edim ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Dövlətlərimizin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır" (bax: əvvəlki mənbəyə).

"Yol xəritələri": əlaqələrin dərinləşməsi və genişlənməsinin prioritetləri

Bizcə, bu fikirlər Azərbaycan Prezidentinin yuxarıda vurğulanan fikirləri ilə tam səsləşir. İki dövlət arasındakı əməkdaşlığın strateji xarakteri başlıca olaraq üç prinsip üzərində qurulur: qarşılıqlı fayda, mehriban qonşuluq və bir-birinin marağına hörmət! Deməli, burada kiminsə kiməsə sığınmasından, ondan istifadə edib hansısa daxili problemini həll etmək niyyətindən və ya hansısa başqa dövlətə qarşı birgə hərəkət etməkdən söhbət gedə bilməz. Azərbaycan müstəqil dövlətdir və siyasətini də suveren hüquqlar çərçivəsində aparmaqdadır.

Bundan başqa, yuxarıda vurğulanan meyarlar məgər Azərbaycan-ABŞ və ya Azərbaycan-Aİ münasibətlərində əsas yeri tutmurmu? Dəfələrlə Qərb dövlət başçıları vurğulayıblar ki, Azərbaycanla əlaqələr qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq və maraqların gözlənilməsinə əsaslanıb. Deməli, Azərbaycanın istənilən dövlətlə (hətta qardaş Türkiyə ilə) münasibətləri ancaq və ancaq milli suverenliyə dərin hörmət əsasında qurulur. Azərbaycanı müstəqil dövlət kimi regionun müstəqilliyini əldə etmiş başqa ölkələrindən fərqləndirən başlıca cəhət də məhz bundan ibarətdir.

Bunlar bir daha göstərir ki, Soçidə imzalanan sazişlər, verilən xoşniyyətli bəyanatlar iki müstəqil dövlətin tarixi zərurəti diqqətə alaraq səmimi əməkdaşlıq münasibətlərini inkişaf etdirməsinə xidmət edir. Burada hansısa başqa məqam axtarmaq reallığa uyğun deyildir. Azərbaycanın xarici siyasəti çoxvektorludur və hər bir istiqamət üçün eyni prinsiplər işləyir. Bu baxımdan Rusiya ilə imzalanan və həyatın demək olar ki, bütün sahələrini əhatə edən sazişləri ölkə rəhbərliyinin apardığı xarici siyasət kursunun çox böyük uğuru kimi qiymətləndirmək olar.

Bununla rəsmi Bakı nümayiş etdirir ki, müasir tarixi mərhələdə müstəqil dövlət olaraq düşünülmüş, sistemli, obyektiv və qarşılıqlı faydalı münasibətlər qurmağa qadirdir. Təbii ki, bu proses davam etdirilərək getdikcə daha geniş məzmun kəsb edəcək. Bunun əlamətləri kimi Soçidə prezidentlərin imzaladığı sazişlərin məzmununu göstərə bilərik.

Həmin sazişlər siyasət, mədəniyyət, iqtisadiyyat, nəqliyyat, enerji, texnologiyalar, avtomobil istehsalı, hüquq, təhsil, elm sferalarına aiddir. Bu kontekstdə V.Putinin söylədiyi fikirləri xatırlatmaq olar. Rusiya Prezidenti ifadə edib: "Əminəm ki, əsas idarələrin rəhbərlərinin və biznes nümayəndələrinin iştirak etdikləri bugünkü danışıqlar bütün Rusiya-Azərbaycan əlaqələri kompleksinin gələcək inkişafına əlavə təkan verəcək. Azərbaycan Prezidenti ilə imzalanan Birgə Bəyanat, həmçinin hökumətlərarası və idarələrarası sanballı sazişlər paketi məhz buna istiqamətlənib. İlk növbədə, əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planını qeyd edirəm. Bu proqram sənədə ticarətin və qarşılıqlı sərmayələrin artırılması, nəqliyyat marşrutlarının yaradılması, eləcə də humanitar qarşılıqlı fəaliyyətin, o cümlədən mədəni və turizm mübadilələrinin genişləndirilməsi kimi mühüm məsələlər üzrə belə adlandırılan yol xəritələri daxildir" (bax: əvvəlki mənbəyə).

Burada münasibətlərin həm məzmunu, həm də strateji məqsədi əks olunub. Göründüyü kimi, Moskva Azərbaycanı tam müstəqil dövlət kimi qəbul edir və onun digər böyük güclərlə əldə etdiyi razılaşmalara hörmətlə yanaşır. Bu məqam ciddi əhəmiyyətə malikdir. Həmin bağlılıqda iki Prezidentin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə edib bununla bağlı fikir bildirməsi marağa səbəb olub. Rusiya Prezidenti bəyan edib ki, bundan sonra da münaqişənin danışıqlar yolu ilə həll edilməsi üçün əlindən gələni edəcək. Azərbaycanın dövlət başçısı da mətbuata verdiyi bəyanatında münaqişənin həlli ilə əlaqədar apardığı müzakirələri ayrıca vurğulayıb. Yəni, bu məsələ də tərəflər arasında münasibətlərin məzmununa birbaşa daxildir. Belə bir nəticənin alınmasının, sözsüz ki, mühüm əhəmiyyəti var. Rusiya Azərbaycanın bu problemini yaxından hiss edir və onun həlli üçün fəallığını daha da artıracaq.

İki ölkə rəhbərinin görüşündə Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın inkişafından bəhs edilməsi də mühüm məqamlardandır. Azərbaycan Prezidenti bəyan edib ki, bundan sonra da həmin istiqamətdə əməkdaşlıq davam edəcək. Hazırda Azərbaycanla Rusiya arasında hərbi sahədə əməkdaşlıq 5 milyard ABŞ dolları həcmindədirsə, həmin rəqəmin artması gözlənilir. Deməli, iki müstəqil dövlət qarşılıqlı maraq dairəsi çərçivəsində hərbi əlaqələri qurmaqda davam edəcəklər. Bundan kimlərinsə narahat olmasının əhəmiyyəti yoxdur.

Bütün bunlar Prezident İlham Əliyevin Soçi səfərinin böyük uğurla keçdiyini və iki qonşu dövlət arasında münasibətlərin inkişafına yeni təkan verdiyini göstərir. Növbəti dəfə Azərbaycan rəhbəri sübut etdi ki, konkret sazişlər əldə etməklə milli müstəqil dövlətçiliyi möhkəmləndirir. Rəsmi Bakı konkret iş görür. Başqaları da onunla sözünə sahib olan və real addımlar atan müstəqil dövlət kimi davranır.

 

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Millinin baş məşqçisi: Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün yeni təcrübə olacaq

DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

“Ulu Öndər və yəhudilər” sənədli filmi İsrail mətbuatında

Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur

Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər

BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub

Qadınlar arasında keçirilən voleybol yarışında ADAU-nun komandası birinci yerə çıxıb

"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər

RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətləri də COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə töhfə verə biləcəklər

DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik

Mstislav Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Bayram günlərində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Məktəblərdə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul üzrə təkrar müsahibə keçiriləcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb VİDEO

Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər

Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib

ABŞ və Avropa İttifaqı özlərinin gündəliyində olan siyasəti israrla Ermənistana təlqin etməyə çalışır ŞƏRH

“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər

Tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə çatıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər

Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib

Muxtar Nağıyev: Azərbaycan xalqı olaraq birlik və həmrəylik sayəsində məqsədlərimizə çatacağıq

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH

Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər

Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Seulda avtobus sürücülərinin tətili başlayıb

Salyanda məktəb direktoru işdən çıxarılıb

Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək

Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub

DİN: Martın 27-də 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mərkəzi Bank uçot dərəcəsini endirib

Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib

Süni intellekt Rusiyada meşələrin qanunsuz qırılması hallarını aşkar edəcək

Ali məktəblər arasında ilk dəfə BANM-də Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Mingəçevir Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib

Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb

Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək

Naxçıvanda yolda qaya uçqunu baş verib

Akademik: Azərbaycan cəmiyyətinin sonrakı inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynayıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib

TKTA: Yerli akkreditasiyası olmayan ali məktəblərin diplomları tanınmır

® Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən tibb kolleclərinin tələbələri üçün növbəti təlim keçirilib

Ötən gün götürülən silah-sursatın sayı açıqlanıb

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək

Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Dendrologiya İnstitutu Qazax Milli Universiteti ilə əməkdaşlıq edəcək

Çində Asiya naminə Boao Forumunun illik konfransı keçirilir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB

Ağır vəziyyətdə müalicə ocağına çatdırılan xəstə həkimlərin qayğısı sayəsində sağalıb

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub

FHN: Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb VİDEO

Əmək bazarı bülleteni hazırlanıb

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Dünya birjalarında neft bahalaşıb

Bakıda “Towards COP29” şüarı ilə “Dayanıqlı Tikinti Zirvəsi” adlı tədbir keçiriləcək

Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Dövlətin və xalqın təhlükəsizliyi ilə bağlı 105 il VİDEO

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

Kəlbəcərdə əl qumbaraları aşkarlanıb

Güclü sümüklərə sahib olmağın yolları

Britaniyanın keçmiş baş naziri haqqında sənədli film çəkilib

Niderland qaz çatışmazlığı ilə üzləşə bilər

Paris metrosunda gediş haqqı ikiqat artırılır

BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir

Kamçatkada 5,6 bal gücündə zəlzələ qeydə alınıb

İtaliyada zəlzələ baş verib

Seneqal milli valyutasını yaratmaq istəyir

AŞPA Kosovonun Aİ-yə üzv qəbul olunmasını tövsiyə edib

Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq

Strasburq kafedralı bomba xəbərdarlığına görə təxliyə edilib

Oruc tutmaq xərçəng hüceyrələrinin yayılmasını ləngidir

Seneqalda prezident seçkilərinin rəsmi nəticələri elan olunub

Bosniya və Herseqovinada mədənçilər etiraz aksiyası keçirib

Azərbaycan Kuboku: “NTD-İndiqo” “Sabah”a qalib gələrək yarımfinala yüksəlib

Peskov: “Krokus”dakı terror aktı ilə bağlı rəsmi versiya irəli sürülməyib

Baltimorda körpünün uçması nəticəsində 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb

Fransız müxalifətçinin məhkəməsinin vaxtı məlum olub

RF XİN: Fransanın Cənubi Qafqazda təhlükəsizliyi təmin edəcəyini güman etmək sadəlövhlükdür

Mariya Zaxarova Azərbaycanın guya Ukraynaya silah tədarük etməsi ilə bağlı şayiələri şərh edib