CƏMİYYƏT


Soçidə MDB Sərhəd Qoşunları Komandanları Şurasının 83-cü iclası keçirilib

Moskva, 28 oktyabr, AZƏRTAC

Soçi şəhərində MDB Sərhəd Qoşunları Komandanları Şurasının iclası keçirilib.

AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclas iştirakçıları MDB ölkələrinin xarici sərhədlərində vəziyyəti və onun inkişaf meyillərini müzakirə ediblər.

İclasa Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin direktorunun birinci müavini, ordu generalı Vladimir Kulişov sədrlik edirdi. İştirakçılar Şuranın 2021-ci ildəki fəaliyyətinə yekun vurub, MDB ölkələrinin xarici sərhədində yaranmış əməliyyat şəraitinin təhlilinə xüsusi diqqət yetirib, Əfqanıstandan silahlı qüvvələrin çıxarılması ilə əlaqədar sərhəd təhlükəsizliyinə yaranan yeni təhdidləri qiymətləndiriblər.

General V.Kulişov vurğulayıb ki, bu, son iki ildə birinci əyani iclasdır: koronavirus pandemiyası səbəbindən Şura distant rejimdə işləyib, lakin öz fəaliyyətini dayandırmayıb. Bu müddətdə Qərb və Mərkəzi Asiya istiqamətində iki xüsusi sərhəd əməliyyatı aparılıb, Əfqanıstan istiqamətində şərait nəzərə alınmaqla RF ərazisində iri komanda–qərargah təlimləri keçirilib.

İclas iştirakçıları elmi-tədqiqat və təhsil sahələrində əməkdaşlığın inkişafı məsələlərini də müzakirə ediblər. Ayrıca bir blok kimi kadr məsələləri və veteran hərəkatının inkişafı ilə bağlı məsələlər nəzərdən keçirilib.

İclasın yekunlarına əsasən sərhəd idarələrinin rəhbərləri tərəfindən 20 qərar imzalanıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.