İDMAN


Soçidə şahmat üzrə dünya kuboku yarışları start götürüb

Moskva, 12 iyul, AZƏRTAC

Rusiyanın Soçi şəhərində Beynəlxalq Şahmat Federasiyasının (FİDE) dünya kuboku yarışları start götürüb.

AZƏRTAC xəbər verir ki, Şəhriyar Məmmədyarov 2782 xalla turnirin 10 ən güclü şahmatçısı sırasındadır. Onunla yanaşı onluğa hazırkı dünya çempionu Maqnus Karlsen, Fabiano Karuana, Aleksandr Qrişyuk və başqaları daxildir.

Builki dünya kuboku koronavirus pandemiyası başlayandan bəri təşkil olunan ilk iri şahmat yarışmasıdır. Kişilər arasında keçirilən turnirdə 206 şahmatçı iştirak edir. Turnirin iki qalibi 2022-ci ildə dünya çempionu adı uğrunda mübarizə aparacaq. Turnirin ümumi mükafat fondu 892 min 500 dollardır. Qalib 110 min dollar, finalçı 80 min dollar, üçüncü və dördüncü yerlərin sahibləri 60 və 50 min dollar məbləğində mükafat əldə edəcəklər.

Xatırladaq ki, 2019-cu ildə kubokun qalibi həmyerlimiz Teymur Rəcəbov olmuşdu.

Paralel olaraq Soçidə qadınlar arasında da dünya kuboku yarışları keçirilir. Bu turnirdə isə 103 şahmatçı qadın iştirak edir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.