DÜNYA


Soçidə yaşayan erməni Vartan Koçaryan iki məhkəmə icraçısını güllələyərək qətlə yetirib

Moskva, 9 iyun, AZƏRTAC

Rusiyanın Soçi şəhərinin sakini erməni Vartan Koçaryan iki məhkəmə icraçısını qətlə yetirib.

AZƏRTAC xəbər verir ki, 60 yaşlı V.Koçaryan Adler rayonunda qanunsuz tikilidən köçürülməsi barədə məhkəmə qərarının yerinə yetirilməsinə nəzarət üçün gələn icraçıları güllələyib. O, bu qərarla razılaşmayıb və müvafiq sənədləri olmayan ov tüfəngindən atəş açıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.