CƏMİYYƏT


“Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyinin üzvləri Vətən müharibəsi qəhrəmanlarının xatirəsini yad ediblər

Bakı, 18 noyabr, AZƏRTAC

“Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyinin üzvləri Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman vətən övladlarının məzarları üzərinə tər çiçəklər qoyublar.

AZƏRTAC xəbər verir ki, 1990-cı ilin yanvar ayında Bakıda baş vermiş faciəvi hadisələrdən sonra həmin ilin fevral ayında yaradılmış “Sodrujestvo” ictimai birliyi ölkəmizdə hüquqi demokratik cəmiyyət qurulması, millətlərarası münasibətlər məsələləri ilə məşğul olan ictimai birliklər və təşkilatlarla sıx əməkdaşlıq, respublikada yaşayan milli və etnik azlıqların əsas hüquq və azadlıqlarına riayət edilməsinə, bu hüquq və azadlıqların qorunmasına dair monitorinq keçirilməsinə, ideoloji və mədəni-maarif işləri aparılmasına dair proqramların işlənib hazırlanmasına və həyata keçirilməsinə laqeyd olmayan bütün Azərbaycan vətəndaşlarını birləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.