Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Sofiyada Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin beş illik yubileyi qeyd olunub VİDEO

Sofiya, 23 noyabr, AZƏRTAC

Azərbaycanın Bolqarıstandakı səfirliyi, Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin birgə təşkilatçılığı ilə sözügedən universitetdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılmasının beş illik yubileyinin qeyd olunması ilə əlaqədar “Azərbaycan – yaxın və kəşf edilməmiş” adlı fotosərgi təşkil edilib.

Tədbirdə Bolqarıstanın mədəniyyət naziri Ameliya Qeşevanın iştirakçılara müraciəti səsləndirilib. Nazir ölkələrimiz arasında mədəni sahədə əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətinə görə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə minnətdarlığını bildirib.

Mərkəzin direktoru Sofiya Şiqayeva-Mitreska sərgidə nümayiş olunan fotolar barədə məlumat verərək bildirib ki, bu şəkillər 2013-cü ildən Azərbaycanda yaşayan peşəkar bolqar fotoqraf və yazıçı Aureliya Nəsirova tərəfindən çəkilib. O, 2017-ci ildə “AWARD 2017” beynəlxalq müsabiqəsində Azərbaycanın ən yaxşı 20 fotoqrafı sırasında yer alıb.

Direktor, həmçinin mərkəzin yaradılması tarixi, fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verib. O, mərkəzdə 2013-cü ildən etibarən “Azərbaycan dili”, 2015-ci ildən etibarən “Azərbaycanda multikulturalizm” seçmə fənləri üzrə dərslərin tədris edildiyini söyləyib. Bundan başqa, mərkəzin ilk tələbələri ilə birgə dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “Maral” faciəsinin bolqar dilinə tərcümə olunduğunu diqqətə çatdırıb.

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova tədbirdəki çıxışında 2018-ci ilin ölkəmizin tarixində bir sıra yubileylərlə əlamətdar olduğunu söyləyib. O, cari ildə müsəlman və türk dünyasında ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100, müsəlman və türk dünyasında ilk opera sayılan “Leyli və Məcnun” operasının 110, Azərbaycan teatrının 145 və Azərbaycan kinematoqrafiyasının 120-ci ildönümlərinin qeyd edildiyini diqqətə çatdırıb. Bu yubileylər kontekstində Bakı Slavyan Universitetinin Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılmasının 5-ci ildönümünü xüsusilə vurğulayan səfir mərkəzin Azərbaycan dili və mədəniyyətinin Bolqarıstanda təbliği baxımından böyük xidmətlərindən söz açıb. O qeyd edib ki, mərkəz yarandığı ildən etibarən bu istiqamətdə ardıcıl fəaliyyət göstərərək Bolqarıstan ictimaiyyətini ölkəmiz barədə məlumatlandırır, Azərbaycan və Bolqarıstan arasında mədəni əlaqələrin inkişafına töhfə verir.

Səfir Bakı Slavyan Universitetində fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzinə toxunaraq artıq 14 ildir fəaliyyət göstərən mərkəzin vəzifəsinin Azərbaycan və Bolqarıstan arasında mədəni sahədə əməkdaşlığı genişləndirmək, gənclərin hər iki ölkənin mədəniyyəti, təhsili, maarifi və elminə marağını artırmaq və universitetdə bolqarşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə yardım etmək olduğunu deyib. O, hazırda sözügedən ali təhsil müəssisəsində 60-a yaxın tələbənin bolqarşünaslıq ixtisası üzrə təhsil aldığını əlavə edib. Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindən biri olan Azərbaycan dilinin tədrisi ilə bağlı danışarkən diplomat hər bir xalqı başqalarından fərqləndirən mühüm və başlıca amillərdən birinin onun dili olduğunu, dilimizin gözəlliyi, dolğunluğu və mükəmməlliyi ilə seçildiyini, ana dilimizin daş kitabələrdən etibarən uzun, çətin və şərəfli bir yol keçərək bugünkü səviyyəyə gəlib çatdığını vurğulayıb. O, Azərbaycan dilinin XVI əsrdə Səfəvilər dövlətinin banisi görkəmli Azərbaycan şairi və dövlət xadimi Şah İsmayıl Xətai tərəfindən dövlət dili elan edilməsinə diqqət çəkib. Ədəbi dilimizin inkişafında görkəmli şair və yazıçıların əvəzolunmaz izlər buraxdığını əlavə edən səfir XII əsr Azərbaycanın xanım şairi, şahmatçısı və musiqiçisi Məhsəti Gəncəvinin yaradıcılığının dövrün Azərbaycan ədəbiyyatı üçün yeni təkan olduğunu bildirib, onun öz fəlsəfi mahiyyəti etibarilə dərin məzmunlu rübailəri və şeirlərinin Azərbaycan və ümumilikdə Şərq poeziyası tarixində mühüm rol oynadığını diqqətə çatdırıb. Qeyd edib ki, əsasını xalq ruhu təşkil edən XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığı və XV əsr Azərbaycan ədəbiyyatının parlaq simalarından olan və gələn il 650 illik yubileyini qeyd edəcəyimiz İmadəddin Nəsimi üslubu orta əsr Azərbaycan dilinin məna imkanlarını hərtərəfli təcəssüm etdirir. Dilimizin zənginliyindən danışarkən görkəmli dilçi alimlərimizi də xatırlayan diplomat Azərbaycanın görkəmli professoru Məmmədağa Şirəliyevin 1953-1954-cü illərdə Sofiya Universitetində “Türk filologiyası” kafedrasının rəhbəri olduğunu, onun Bolqarıstanın türk kəndlərini gəzərək zəngin material topladığını və həmin materiallar əsasında "Türk dialektologiyası" əsərini, eyni zamanda, "Dilçiliyə giriş" dərsliyini qələmə aldığını bildirib. Əlavə edib ki, bolqar alimi Emil Boyev 1966-cı ildə keçirilmiş XI Türk Dili Qurultayında məruzə ilə çıxış edərkən Bolqarıstanda türk dialektlərinin araşdırılmasının əsasının azərbaycanlı professor Məmmədağa Şirəliyev tərəfindən qoyulduğunu vurğulayıb. 1953-1955-ci illərdə isə digər görkəmli dilçimiz Hadi Mirzəzadə Bolqarıstan hökumətinin dəvəti ilə Sofiya Universitetində müasir türk dilindən mühazirələr oxuyub.

Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin prorektoru Mariya Stoyçeva universitetin tarixi barədə məlumat verərək cari ildə ali təhsil ocağının 130 illik yubileyinin qeyd edildiyini diqqətə çatdırıb. Bolqarıstanda ən qədim və ən böyük universitet olan Sofiya Universitetinin beynəlxalq əlaqələri barədə danışan prorektor Bakı Slavyan Universiteti ilə sıx əməkdaşlığa istinad edib, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə hər zaman dəstək verməyə hazır olduğunu bildirib.

Klassik və yeni filologiya fakültəsinin dekanı Madlen Danova yubiley münasibətilə mərkəzin kollektivini təbrik edib, onun ölkələrimiz arasında mədəni sahədə əlaqələrin inkişafına töhfəsindən danışıb və gələcək fəaliyyətində nailiyyətlər arzulayıb.

Türkologiya və altayşünaslıq kafedrasının rəhbəri İrina Sarıivanova çalışdığı universitetin Şərq dillərinin tədrisində uzunmüddətli ənənəsinin olduğunu vurğulayıb. O, rəhbərlik etdiyi kafedranın türkoloji mərkəz rolu oynadığını, 66 illik tarixi boyunca kafedranın tələbələrə türk, çuvaş, tatar, qazax və Azərbaycan dillərini tədris etdiyini bildirib. Məhz bu ənənələrin ruhunda, eləcə də xalqlar arasında mədəni körpülərin yaradılması məqsədilə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təsis edildiyini, artıq beş ildir ki, tələbələrin Azərbaycan dilini öyrənmələri ilə yanaşı, zəngin Azərbaycan mədəniyyəti ilə də tanış olmaq imkanı əldə etdiklərini deyib.

Daha sonra mərkəzin 2017-ci ildə ilk məzunu M.Şopov mərkəzlə bağlı xatirələrini bölüşüb, Azərbaycana səfərindən və Azərbaycan dili ilə tanışlığından bəhs edib.

Tədbirin sonunda mərkəzin fəaliyyətindən bəhs edən film nümayiş olunub, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Azərbaycan dilini öyrənən tələbələrinin ifasında görkəmli şair Səməd Vurğunun “Azərbaycan” şeirindən Azərbaycan və bolqar dillərində hissələr səsləndirilib. Azərbaycan diasporundan uşaqlar Rəşid Behbudovun “Bakı” mahnısını ifa ediblər. Sözügedən ifalar qonaqlar tərəfindən böyük maraqla və rəğbətlə qarşılanıb. Həmçinin qonaqlara Azərbaycan milli mətbəxinin təamları təqdim olunub.

Tədbir Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Sofiyada Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin beş illik yubileyi qeyd olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı