Sofiyada Şərqi Avropanın ən böyük planetariumu açılıb VİDEO
AzerTAg.az

Sofiya, 30 noyabr, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiyada Şərqi Avropada kosmosun tədqiqi üzrə ən böyük mərkəzə çevrilən ölkənin ilk planetariumunun açılışı olub.
AZƏRTAC xəbər verir ki, strukturun zallarında ulduzlu səmanın xəritəsi nümayiş etdirilir, kompleksin muzey eksponatları arasında meteorit fraqmentləri və kosmik uçuş aparatlarının hissələri təqdim olunur, rəsədxanada ziyarətçilər müasir teleskoplardan istifadə edə bilirlər.
Planetariumun fəaliyyətə başlamasına həsr olunmuş tədbirdə Sofiya meri Yordanka Fandıkova və bolqar kosmonavt Georgi İvanov da iştirak ediblər.
Qeyd edək ki, daha əvvəl Bolqarıstan hökuməti yeni milli kosmik tədqiqat proqramının başlandığını açıqlayıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
Xəbərin mətnində orfoqrafik səhv var