Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Sofiyada bolqar dilinə tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının təqdimatı olub VİDEO

Sofiya, 21 noyabr, AZƏRTAC

Sofiyada Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycanın Bolqarıstandakı səfirliyi, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə şəhərin mötəbər məkanlarından olan Mərkəzi Hərbi Klubda görkəmli Avstriya tarixçisi, alim və yazıçı Erix Fayqlın bolqar dilinə tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Bolqarıstanın sabiq Prezidenti Georgi Pırvanov, Bolqarıstan Elmlər Akademiyasının (BEA) vitse-prezidenti Vasil Nikolov, sabiq prezidenti Stefan Vodeniçarov, Arxiv Dövlət Agentliyinin prezidenti Mixail Qruev və vitse-prezidenti Rumen Borisov, Bolqarıstan Prezidenti Administrasiyasının və Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmiləri, Kitabxanaçılıq Tədqiqatları və İnformasiya Texnologiyaları Universitetinin rektoru Stefan Dençev, dövlət qurumlarının nümayəndələri, diplomatik korpusun təmsilçiləri, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV, QHT nümayəndələri və tarixçilər iştirak ediblər.

Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, BEA-nın Tarix İnstitutunun direktor müavini Blaqovest Nyaqulov, AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, kitabı bolqar dilinə tərcümə etmiş Bolqarıstanın Ehtiyatda olan Zabitlər və Serjantlar İttifaqının üzvü, ehtiyatda olan polkovnik Todor Enev və kitabın redaktoru Solmaz Süleymanova çıxış ediblər.

Səfir Nərgiz Qurbanova arxeoloji abidələrlə zəngin olan Azərbaycan ərazisinin sivilizasiyanın qədim beşiklərindən biri olduğunu qeyd edib. O, Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma və digər tarixi bölgələrdə aşkar edilmiş arxeoloji tapıntıların, o cümlədən Azıx mağarasında 300-400 min əvvələ aid insanın alt çənə sümüyünün Azərbaycanın qədim insan məskənlərindən olduğunun bariz nümunəsi olduğunu əlavə edib.

Səfir ölkəmizin tarixən tolerantlıq nümunəsi, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq diyarı kimi tanındığını vurğulayaraq ölkəmizdə müxtəlif dinlərin qarşılıqlı hörmət və sülh şəraitində mövcud olduğunu, həmrəylik nümayiş etdirdiyini söyləyib. Müxtəlif etnik və dini qruplara mənsub nümayəndələrin müasir Azərbaycan ərazisində hələ Qafqaz Albaniyası dövründə birgə yaşadığını və bu qədim dövlətin eramızdan əvvəl IV əsrdən eramızın 705-ci ilinədək mövcud olduğunu bildirib. Səfir məhz Qafqaz Albaniyası ərazisinin Cənubi Qafqazda ilk xristian icmalarının məskənlərindən biri hesab edildiyi barədə məlumat verib. O, Azərbaycanda xristianlığın tarixinin Alban Kilsəsinin yaranması ilə eyni vaxta təsadüf etdiyini və bu kilsənin xristianlığın tarixində mühüm rol oynadığını vurğulayıb.

Nərgiz Qurbanova 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasını Azərbaycan tarixinin parlaq səhifələrindən biri olaraq qiymətləndirib və bu dövlətin müsəlman Şərqində ilk demokratik, dünyəvi respublika olduğunu bildirib. Səfir mövcud olduğu qısa dövr ərzində AXC hökumətinin dövlətçilik və milli quruculuğun inkişafı prosesində mühüm addımlar atması barədə məlumat verib.

Diplomat Azərbaycan tarixinin faciəli məqamlarından olan Ermənistan-Azərbaycan münaqişəsinin uzun illər boyu həll edilməməsini təəssüf hissi ilə bildirib. O, sözügedən münaqişənin Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla, Azərbaycan ərazisinin beşdəbirinin işğalı, ölkəmizdə hər on şəxsdən birinin qaçqın və ya məcburi köçkünə çevrilməsi ilə nəticələndiyini, işğal olunmuş ərazilərdə etnik təmizləmə ilə yanaşı, Azərbaycanın mədəni irsinin və mülki infrastrukturunun böyük itkilərə məruz qaldığını diqqətə çatdırıb.

Səfir münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamənin qəbul edildiyini xatırladaraq, beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı hərbi gücün istifadəsini, ərazilərimizin işğalını davamlı olaraq qınadığını vurğulayıb.

Diplomat bolqar dilində Azərbaycan tarixi barədə ilk fundamental əsər olan “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının ərsəyə gəlməsində Bolqarıstanın Ehtiyatda olan Zabitlər və Serjantlar İttifaqının üzvü, ehtiyatda olan polkovnik T.Enevin töhfələrini qeyd edib və ona təşəkkürünü bildirib.

BEA-nın Tarix İnstitutunun direktor müavini B.Nyaqulov müasir qlobal dünyada xalqların bir-birini qarşılıqlı şəkildə tanımasının zəruri olduğunu deyib. O, Qara dəniz vasitəsilə bölünən Balkan və Qafqaz regionları arasında tarixi oxşarlıqların – yerli əhalinin etnik və dini tərkibinin müxtəlifliyi, müsəlman və xristian əhalinin sülh şəraitində birgəyaşayışı və s. barədə danışıb. İnstitutun direktor müavini iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü çərçivəsində belə bir kitabın təqdimatının keçirilməsinin bolqar oxucuları və tarixçiləri üçün əlamətdar olduğunu qeyd edib.

AMEA-nın Tarix İnstitutunun direktoru Y.Mahmudov Azərbaycanda hələ 5000 il bundan əvvəl yaranmış ilk dövlətlər, 237 il hökmranlıq etmiş Səfəvilər İmperiyası, müsəlman Şərqində ilk demokratik respublika olan AXC, İkinci Dünya müharibəsində SSRİ-nin qələbəsində mühüm rol oynamış Bakı nefti və s. barədə məlumat verib. O deyib ki, müsəlman Şərqində ilk opera və operettanın əsası da məhz Azərbaycanda qoyulub. E.Fayqlın Azərbaycan tarixi barədə Avropa oxucusuna müfəssəl məlumat verən “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” əsərinin əhəmiyyətindən bəhs edən Y.Mahmudov qeyd edib ki, kitab Azərbaycan tarixini dünyaya olduğu kimi, təhrifsiz çatdırır. O, həmçinin I Pyotrun göstərişi ilə ermənilərin Qafqaza köçürülməsi, İrəvan quberniyasının yaradılması, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı və s. barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Azərbaycanın Bolqarıstanla münasibətlərinə toxunan Y.Mahmudov iki ölkə arasında tarixən mövcud olmuş dostluq əlaqələrindən bəhs edib. Tarixçi alim ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü çərçivəsində sözügedən kitabın bolqar dilində tərcümə olunmuş versiyasının təqdimatının keçirilməsini yüksək qiymətləndirib.

Kitabın tərcüməçisi T.Enev nəşrlə ilk tanışlığından, əsərin onda necə dərin iz buraxmasından və beləliklə, kitabın bolqar dilinə tərcüməsinə qərar verməsindən söz açıb. O bildirib ki, onun dostları arasında azərbaycanlılar olduğu kimi, ermənilər də var. Lakin ermənilərin tarixi olduğu kimi yox, özlərinə sərf edən kimi təqdim etməsi onu bu kitabı tərcümə etməyə vadar edib. T.Enev kitabda ermənilərin Qafqaza köçürülməsinin faktlarla sübut olunduğunu, onların törətdiyi cinayətlərin oxucuya təqdim edildiyini söyləyib. Sonda o bildirib ki, əgər erməni siyasətçilər öz fantasmaqoriyalarından, tarixin saxtalaşdırılmasından əl çəksələr və azərbaycanlı həmkarlarına əl uzatsalar mehriban qonşular kimi müharibəsiz və qurbansız yaşaya bilərlər.

Kitabın redaktoru S.Süleymanova nəşrin bolqar dilinə tərcümə edilməsinin tarixi barədə məlumat verib. O, kitabın bolqar xalqına həqiqi Azərbaycan tarixini öyrənməyə imkan yaratdığını söyləyib. Kitabın bolqarlar arasında öz oxucularını əldə edəcəyinə ümidvar olduğunu bildirən S.Süleymanova nəşrin ölkəmiz üçün əhəmiyyətindən bəhs edib. O deyib ki, kitab azərbaycanlı tərəfindən deyil, müasir Avropanın ürəyində yaşayan avropalı tərəfindən qələmə alınıb və bu, bir avropalının Azərbaycan tarixini və reallığını necə qəbul etməsinin parlaq nümunəsidir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Sofiyada bolqar dilinə tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının təqdimatı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb