Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Şollar-Bakı su qurğuları kompleksi” - 100 il: əbədi həyat mənbəyi

Bakı, 20 fevral, AZƏRTAC

Su – yaşadığımız dünyanın bütün canlılarının ayrılmaz bir parçasıdır. Hələ qədim mədəniyyətlərdə su həyatın əsl mahiyyəti və mənbəyi kimi göstərilirdi. Qədim romalılar sürətlə inkişaf edən şəhərlərinə boru və kəmərlər vasitəsilə ilk su çəkənlər olublar. Onlar dərk edirdilər ki, sakinlərin təmiz su ilə təmin olunması şəhərin gələcəyi üçün önəmlidir.

Su, eyni zamanda, bir çox dinlərdə, əfsanələrdə və incəsənətlərdə əksini tapan element olub. Bəzi inanclarda ruhun müqəddəs su vasitəsilə təmizlənməsi kimi bir yanaşma var. Misir mifologiyasına əsasən, bəşəriyyətin başlanğıcını təmsil edən Nu suyu simvolizə edirdi. O insanlara həyat bəxş etdi, quraqlıq isə xaosa səbəb oldu.

Su yaşadığımız planetdə yaşamı dəstəkləyən ilk elementlərdəndir. Bu izah insanların suya olan tələbatının ödənilməsinin vacibliyini göstərmək üçün kifayət edir. Bir çox ölkələrdə əhalinin təmiz və keyfiyyətli su ilə təmin olunması xüsusi qanunlarla tənzimlənir və bu işin fasiləsiz həyata keçirilməsinə xüsusi nəzarət var. Su anbarları, filtr sistemləri, su boruları və kəmərləri keçmiş dövrlərdən etibarən bu prosesin tənzimlənməsi üçün istifadə olunan vasitələrdir.

Azərbaycanda da insanların təmiz su ilə təmin olunması üçün zəruri infrastrukturun yaradılması hər zaman diqqət mərkəzində olub. Əhalinin çoxluq təşkil etdiyi Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatında mühüm tədbirlərin görülməsi istiqamətində əsaslı işlər XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərindən daha geniş vüsət aldı. Bu dövrədək su təchizatı əsasən aşağı keyfiyyətli quyu suyu əsasında qurulmuşdu və duzsuzlaşdırılmış dəniz suyundan da istifadə edilirdi. Xolera xəstəliyi yayıldıqdan sonra artıq bir çox quyular bağlandı. Yaranan problemlər nəzərə alınaraq yeni mərkəzləşdirilmiş su kəmərinin çəkilməsi məsələsi gündəmə gəldi. 1879-cu ildə Şəhər Dumasının iclasında şəhərdə su çatışmazlığı probleminin həlli üçün tədbirlərin görülməsi məsələsi gündəmə gətirilir. Bu istiqamətdə görüləcək işlərə nəzarət etmək üçün Su Komissiyası yaradılır. Hacı Zeynalabdin Tağıyev Komissiyanın üzvlərindən biri seçilir. Uzun müzakirələrdən sonra layihəyə hazırlıq məqsədi ilə xaricdən mütəxəssislərin dəvət olunması qərara alınır. Onlar arasında 1899-cu ilin oktyabrında Bakıya gələn Uilyam Lindley apardığı tədqiqatlarla fərqlənərək Şahdağın ətəyindən süzülən Şolların zəngin su ehtiyatlarına diqqət yetirib. O, Kür çayı, Samur çayı və Şollar bulağı kimi su təchizatı mənbələrini müqayisə edərək Şollara üstünlük vermiş və öz qərarını iqtisadi cəhətdən də əsaslandırmışdı: “Dağ çaylarının suyu Qızıl Burunda qurtarır. Çayların əhatə etdiyi həmin sahələr Qızıl Burun yaşayış məskəni olan əraziyə qədərdir. Samurçay, Vəlvələçay, Qaraçay, Ağçay, Qubaçay, Alpançay, Qusarçay dənizə axır və dəniz səviyyəsindən yuxarıda yerləşir. Bu çayların mənbəyində çınqıl çoxdur. Alpan çayının suyu təmizdir, bulaq suyudur. Sudurçay hövzəsində də çoxlu çınqıl var. Bu, yerin altında təmiz su olmasının göstəricisidir. Samur çayı gillidir, sahillərini tez-tez dəyişir. Fəsildən asılı olaraq gah bu sahildən, gah da o biri sahildən axır. Koka kəndinin yaxınlığında suyun axın gücü 1 saniyədə 3 kubmetrdir. Su təmizdir, hərarəti 12 dərəcədir. Bu suyun 3 faizi Bakını su ilə təchiz etmək üçün kifayətdir. Axtıçayın suyu Samurun suyundan 3 dəfə azdır və bulaq suyudur. Axtıyla müqayisədə Samur çayının suyu daha soyuqdur. Şahdağın, Şahbuz dağın şimal tərəfinə qar, yağış çox yağdığından burada su ehtiyatı da çoxdur. Mənim bu mülahizəmi Tiflis rəsədxanasının verdiyi arayış da təsdiq edir”. Beləliklə, Lindley qərara gəlir ki, Bakıya suyu Şahdağın şimal tərəfində yerləşən bulaqlardan çəkmək lazımdır.

1901-ci ilin iyununda Bakı şəhərinə su kəməri çəkilməsinə dair U.Lindleylə müqavilə bağlanır. Beləliklə, 1903-cü ildə Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatında mühüm əhəmiyyət daşıyan ilk magistral su xəttinin - Şollar-Bakı su kəmərinin əsası qoyuldu. Bir sıra problemlər prosesi ləngitsə də, 1917-ci ilin yanvarında 186 km uzunluğa malik kəmərin tikintisi başa çatdırıldı. Bununla da, paytaxtımızın və Abşeronun içməli su təminatında yeni dövr başlayır.

“Şollar”ın tarixinin bilinməyən məqamları

“Şollar” suyunun Bakı sakinlərinin istifadəsinə verilməsi, onun faydaları və ölkəmizin su təsərrüfatındakı tarixi rolu haqqında hamı tərəfindən bilinən məlumatlarla yanaşı, əslində önəmli detalları özündə əks etdirən, lakin çoxlarının bilmədiyi məqamlar da mövcuddur. Bu baxımdan “Su İstehsalçıları” İctimai Birliyinin sədri Dövlət Məmmədovun araşdırmalarında qeyd olunan faktlara nəzər salmaq maraqlı olardı. O, U.Lindleyin tədqiqatları haqqında danışarkən mütəxəssisin Kür ya da Samur çayından su kəməri çəkilməsi üçün layihə hazırlaması məsələsinə toxunur və bildirir ki, mütəxəssis araşdırmaları zamanı keçmiş Quba qəzasında Şollar, Fərzalıoba, Bostançı kəndlərinin yaxınlığında yerdən çıxan bulaqları gördükdən sonra kəmərin məhz bu ərazidən çəkilməsi təklifini irəli sürür. Bu haqda ovaxtkı şəhər rəhbərliyinə məlumat versə də, bu ideya etirazlara səbəb olur. Belə bir vəziyyətdə onun təklifini dəstəkləyən və müdafiə edənlərdən biri milyonçu, xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyev olur. Yaranan problemlərə baxmayaraq, layihənin reallaşması üçün işlər görülür və Şollar suyu Bakı sakinlərinə çatdırılır. Qeyd olunan üç kənd arasında ən bol sulu bulaqlar Şollarda olduğu üçün Lindley kəməri “Şollar” adlandırır və tikinti işlərinin təhlükəsizliyini təmin etmək üçün Su polisi məntəqəsi də ilk dəfə bu ərazidə yaradılır.

Şollar-Bakı su kəmərinin çəkilməsi zamanı Lindley tərəfindən aparılan araşdırmalar bu suyun heç bir təmizləmə əməliyyatına ehtiyacı olmadığını, filtrdən keçirmədən insanlara çatdırmağın mümkünlüyünü təsdiq etmişdi. Bu gün fiziki cəhətdən sağlam nəslin yetişməsində bu gərgin və uzun illərin əməyinin böyük rolu var. Dənizə axan yeraltı çaydan mənbəyini götürən bu suyun tərkibi təbii minerallarla zəngindir.

Ümumiyyətlə, təbii bulaq suyunun insan orqanizmi üçün nə dərəcədə faydalı olması hər kəsə bəllidir. O, insana təbiətin enerjisini bəxş edir. Bulaq suyu öz tərkibini dəyişmədən, təbii halda insanlara çatdırıldığı zaman sağlamlığın əsl mənbəyi kimi dəyərləndirilir. Bu su qum və çınqıl kimi təbii filtrlərdən keçərək təmizləndiyi üçün əlavə heç bir prosesə ehtiyac qalmır. Şollar suyu məhz bu baxımdan önəmli dəyərdir. Almaniyada aparılmış mikrobioloji və kimyəvi analizin nəticələrinə əsasən, Şollar suyu ölkəmizdə ən keyfiyyətli içməli su statusunu alıb.

U.Lindley Şollar kəmərinin çəkilməsi zamanı təəssüratlarını bu sözlərlə ifadə etmişdi: “Qərbi Avropanın 35 şəhərində su və kanalizasiya müəssisələrinin qurulması müşahidə olunub. Lakin, Şollar kəmərinin inşası kimi texniki cəhətdən mürəkkəb və möhtəşəm bir layihənin reallaşmasına rast gəlməmişdim”. Bu gün, 100 il sonra, Azərbaycan paytaxtının yüz minlərlə sakini sağlam həyat mənbəyi olan Şollardan istifadə edərkən böyük çətinliklərlə ərsəyə gələn bu layihənin təşəbbüskarlarına minnətdardırlar.

Bakıda və ətraf ərazidə içməli su qaynaqlarının hələ qədim dövrlərdən diqqət mərkəzində olması haqqında müxtəlif fikirlər mövcuddur. D.Məmmədov öz araşdırmalarında tarixi mənbələrə istinadla bu mövzu ilə bağlı da maraqlı faktları gündəmə gətirir. O vurğulayır ki, Qobustanda Böyük-daş dağın ətəyində tapılan daşın üzərindəki yazıları oxuyandan sonra Roma imperatoru Domisianın hökmranlığı dövründə Bakıya gələn 12-ci Roma legionunun burada dayanması aydın olur. Onların məhz bu ərazidə dayanmalarının səbəbi təmiz bulaq suyu və iki su quyusu olub. Ərəb coğrafiyaçısı İbn Ayas isə Bakıda havanın da, içmək üçün bulaqlardan, quyulardan götürülən suyun da olduqca təmiz olduğunu yazırdı.

D.Məmmədov əhalini içməli su ilə təmin etmək üçün Bakıya müxtəlif vaxtlarda, şəhərin dağlıq hissəsindən daşdan yonulmuş 2 su kəməri çəkilməsi haqqında da məlumat verərək bildirib ki, digər bir su kəməri Şirvanşahların zamanında çəkilib. Gələn su ovdanlara tökülürdü və əhali sudan pulsuz istifadə edirdi. Şirvanşahlar sarayını və onun ətrafında yaşayan əhalini su ilə təmin edən “Şah” su kəməri isə XV əsrin əvvəllərində Bakının şimalında yerləşən bulaqlardan çəkilmişdi. Bakı xanı Məmmədqulu xanın inşa etdirdiyi su kəməri 1791-92-ci illərdə, şəhərə daxil olan 3-cü su kəməri isə sonuncu Bakı xanı Hüseynqulu xanın dövründə çəkilib.

Su təchizatı sektorunda inkişaf tendensiyaları və perspektiv layihələr

Bu il “Şollar-Bakı Su Qurğuları Kompleksi”nin istismara verilməsinin 100 ili tamam olur. Bir əsrlik fəaliyyəti dövründə bu mənbə paytaxtı stabil rejimdə su ilə təmin edir. Keçən dövr ərzində ölkəmizin tərəqqisi, bütün sahələrdə, o cümlədən sosial sferada da sürətli inkişafın nəzərə çarpması kontekstində əhalinin zəruri ehtiyaclarının yüksək səviyyədə və fasiləsiz ödənilməsi kimi məqamlar diqqət mərkəzində olub. Bu baxımdan sözsüz ki, paytaxtımızın və bölgələrdə yaşayan sakinlərin keyfiyyətli içməli su təminatı prioritet istiqamətlərdən biridir.

Ölkəmizin su təchizatı və kanalizasiya sektorunun müasir inkişaf tarixi “Azərsu” ASC-nin fəaliyyəti ilə bağlıdır. İçməli su təchizatı və kanalizasiya sektorunda idarəetmənin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 2004-cü il iyun ayının 11-də “Azərsu”

ASC-nin yaradılması haqqında Sərəncam imzalayıb. Bu qərar ölkəmizin su təsərrüfatının yeni formatda inkişafında köklü dəyişikliklərlə müşahidə olunmaqdadır. Dövrümüzün tələblərinə uyğun layihələrin icrası daim aktualdır. Bu baxımdan Oğuz-Qəbələ-Bakı su kəməri və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksini xüsusi qeyd etmək lazımdır.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda ölkəmizdə su təsərrüfatının inkişafı və görüləcək işlərlə bağlı səsləndirdiyi fikirlər müvafiq sahənin ölkə rəhbərliyinin daim diqqətində olduğunu bir daha göstərdi: ““Azərsu” ASC-nin qarşısına məqsəd qoyulmuşdur ki, bir neçə il ərzində bütün şəhərlərimizin içməli su və kanalizasiya layihələri tam icra edilsin. Əhaliyə 24 saat fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilsin. Biz bu hədəfə doğru irəliləyirik. Hər il bir çox şəhərlərimizdə içməli su layihələri istifadəyə verilir. Hazırda Bakının fasiləsiz su təminatı 80 faizə çatmışdır. Ölkə üzrə isə bu göstərici təxminən 65 faizdir. Bu, daha da artmalıdır”.

Müvafiq sektorda görüləcək işlərin səmərəliliyini artırmaq məqsədilə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan hazırlanıb. Ümumilikdə, “Azərsu” ASC-nin 12 illik fəaliyyəti dövründə 6700 km magistral və paylayıcı su xətti, 2300 km kanalizasiya kollektoru və xətti, 4 sutəmizləyici qurğu, 205 su anbarı, 108 su və kanalizasiya-nasos stansiyası tikilib, 260 artezian və subartezian quyusu qazılıb, 420 minə yaxın smart tipli sayğac quraşdırılıb.

“Şollar-Bakı Su Qurğuları Kompleksi”nin istismara verilməsinin 100 illiyinin qeyd olunması üçün cari il bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur: “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında Birinci Bakı Beynəlxalq Su Həftəsi, “Azərsu” ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Şollar Unikal Su Qurğusu” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans, “Şollar-100” mövzusunda rəsm və foto sərgilər və digər tədbirlər əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi, ölkəmizin su təsərrüfatının inkişafında Şollar kompleksinin rolunun qiymətləndirilməsi, müvafiq sahənin daha da təkmilləşdirilməsi üçün yeni ideyaların gündəmə gətirilməsi baxımından önəmli rol oynayacaq.

Maqsud Dadaşov

AZƏRTAC-ın müxbiri

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNƏCƏK VİDEO

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib VİDEO

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb

Aprelin 24-də 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb