CƏMİYYƏT
Solmaz Vəliyeva: Arzuladığımız, xəyal etdiyimiz Ağalı bu gün bizləri gözləyir VİDEO
Bakı, 25 iyul, Elmir Səftərov, AZƏRTAC
Zəngilandan ayrılanda gənc olduğum üçün olanları yaxşı qavraya bilmirdim. Bundan əlavə, biz Araz çayını keçərək oradan çox pis vəziyyətdə ayrıldıq. 29 il ərzində müxtəlif yerlərdə məskunlaşsaq da, fikrimiz, ağılımız Zəngilanda idi. Hər zaman Zəngilana, Ağalıya getmək istəyirdik. Şükürlər olsun ki, bu anları yaşamaq bizə qismət oldu.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ağalı kəndinə köçən sakin Solmaz Vəliyeva söyləyib.
Solmaz Vəliyeva deyib: “Doğma yurdumuza qayıtmağın sevincini sözlərlə ifadə etmək olmur. Çünki Zəngilan bizim üçün doğma və əziz bir məkandır. Arzuladığımız, xəyal etdiyimiz Ağalı bu gün bizləri gözləyir. Eyni zamanda, Zəngilanı görməyən, ora haqqında əyani məlumata sahib olan gənclər bu gün artıq oradadır”.
O qeyd edib ki, Zəngilan haqqında daim xoş fikirlər eşidib. Bakıda və Gəncədə yaşadığını xatırladan Solmaz Vəliyeva Ağalını heç zaman unutmadığını, insanın doğulduğu yerin ona əziz olduğunu vurğulayıb.