DÜNYA


Solomon adaları rayonunda ABŞ-a məxsus “Hornet” aviadaşıyıcısının qalıqları tapılıb

Tokio, 13 fevral, AZƏRTAC 

İkinci Dünya müharibəsi zamanı Sakit okeanın cənubunda batırılan “Hornet” aviadaşıyıcısı tədqiqatçılar qrupu tərəfindən aşkar edilib.

AZƏRTAC xəbər verir ki, aviadaşıyıcının qalıqları Solomon adalarının şərqində, təqribən 5400 metr dərinlikdə tapılıb.

Bildirilir ki, aviadaşıyıcının inşası 1941-ci ilin oktyabrında, Sakit okeanda hərbi əməliyyatlar ərəfəsində başa çatdırılıb. 1942-ci ilin aprelində aviadaşıyıcıda yerləşən 16 B-25 bombardmançı təyyarəsi ilk dəfə Yaponiya adalarına hücum uçuşlarını həyata keçirib.

Aviadaşıyıcı, həmçinin Miduey mərcan adası və Solomon adaları rayonlarındakı döyüş əməliyyatlarında iştirak edib.

1942-ci ilin oktyabrında “Hornet” gəmisinə yapon aviasiyasının həmləsi nəticəsində ciddi zərər dəyib və heyət onu tərk etdikdən sonra o, batırılıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.