MƏDƏNİYYƏT


Soltan Hacıbəyovun xatirəsi anılacaq

Bakı, 9 avqust, AZƏRTAC

Sentyabrın 26-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Soltan Hacıbəyovun 100 illiyinə həsr edilmiş tədbir təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, Ü.Hacıbəyli adına XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq tədbir Prezident İlham Əliyevin “Soltan Hacıbəyovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamına uyğun olaraq keçiriləcək.

Tədbirdə sənətkarın həyat və yaradıcılığından danışılacaq, musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq.

Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellasının müşayiəti ilə Xalq artisti, pianoçu Ülviyyə Hacıbəyova çıxış edəcək.

Konsert çərçivəsində Azərbaycan bəstəkarlarının əsərlərinə müraciət olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.