DÜNYA


Somalidə Təhsil Nazirliyinə hücum zamanı ölənlərin sayı 100-ə çatıb VİDEO

Somalidə Təhsil Nazirliyinə hücum zamanı ölənlərin sayı 100-ə çatıb VİDEO

Bakı, 30 oktyabr, AZƏRTAC

Somalinin paytaxtı Moqadişonun mərkəzində “Aş-Şabab” terror qruplaşması silahlılarının ölkənin Təhsil Nazirliyinin binasına hücumu nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Reuters agentliyi ölkə Prezidentinə istinadən xəbər verib.

Qeyd edilir ki, hadisə zamanı daha 300 nəfər yaralanıb.

Daha əvvəl bildirilirdi ki, hücum kamikadzenin nazirliyin qarşısında iki avtomobili partlatması ilə başlayıb. Bunun ardınca bir qrup silahlı binaya daxil olub. Binanın içində silahlılarla təhlükəsizlik işçiləri arasında atışma olub.

Bundan əvvəl 30 nəfərin həlak olduğu xəbər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.