DÜNYA
Somalidə otelə hücum edən silahlılar zərərsizləşdirilib

Bakı, 10 iyun, AZƏRTAC
Somalinin təhlükəsizlik qüvvələri dünən axşam Moqadişonun şimal-şərqində “Bearl hotel” mehmanxanasına hücum edən “Əş-Şəbab” silahlılarını zərərsizləşdirib.
AZƏRTAC xəbər verir ki, əməliyyat zamanı çox sayda dinc sakin xilas edilib. Yaralılar və ölənlər barədə məlumat verilmir.
İyunun 9-da yerli vaxtla saat 20:00-da silahlı şəxslər “Bearl hotel”ə hücum edib və bir qrup insanı girov götürüb. Hadisə yerinə gələn xüsusi təyinatlı qüvvələr ikimərtəbəli otel binasına girib. Binanın daxilində intensiv atışma gedib və silahlılar zərərsizləşdirilib.
Paytaxtın dəbdəbəli “Lido Beach” rayonunda, Türkiyə səfirliyi yaxınlığında yerləşən otel məmurlar, deputatlar və siyasətçilər arasında populyardır.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 21.09.2023 [18:55]
Nikol Paşinyan regiondakı gərgin şəraitdə xalqı sülhə dəyər verməyə çağırıb
- 21.09.2023 [18:46]
Papa Fransisk: Dünya nüvə müharibəsinin astanasındadır
- 21.09.2023 [15:10]
ABŞ Serbiya-Kosovo dialoqunda Aİ-nin vasitəçiliyinə etibar edir
- 21.09.2023 [13:43]
Sudanda ərzaq çatışmazlığı nəticəsində 1200 uşaq ölüb
- 21.09.2023 [12:22]
İrəvan polisi etiraz aksiyasının 30 iştirakçısını saxlayıb
- 21.09.2023 [12:12]