DÜNYA


Somalidə otelə hücum nəticəsində ölənlərin sayı 26-ya çatıb

Bakı, 13 iyul, AZƏRTAC

Somalinin Kismayo şəhərində otellərdən birində baş verən partlayış və silahlı hücum nəticəsində ölənlərin sayı 26-ya çatıb.

AZƏRTAC Somalinin “Garowe Online” nəşrinə istinadla xəbər verir ki, region rəhbəri Cubalend Əhmədin sözlərinə görə, həlak olanların arasında ABŞ, Keniya, Tanzaniya və Britaniya vətəndaşları da var.

Hücuma görə məsuliyyəti “Əş-Şəbab” qruplaşmasının öz üzərinə götürdüyü bildirilir.

Qeyd edək ki, Somalidə fəaliyyət göstərən “Əş-Şəbab” qruplaşması “Əl-Qaidə” təşkilatı ilə sıx əlaqələrə malikdir. O, Somalinin mərkəzi hökumətinə qarşı silahlı mübarizə aparır və BMT-nin humanitar fəaliyyətinə maneə törədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.