DÜNYA


Somalidə terror aktı: həlak olanların sayı 50 nəfərə çatıb, 58 yaralı var

Bakı, 10 noyabr, AZƏRTAC

Somalinin paytaxtı Moqadişoda ötən cümə günü törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 50-yə çatıb, 58 nəfər yaralanıb.

AZƏRTAC “Sinxua” agentliyinə istinadla xəbər verir ki, yerli polis orqanları dağıntılar altından yeni cəsədlərin çıxarıldığını bildiriblər. Orada insanların qalıb-qalmadığı məlum deyil. İtkin düşənlərin axtarışı davam etdirilir.

“Reuters” agentliyinin məlumatına görə, Moqadişonun mərkəzindəki mehmanxananın qarşısında, cinayət işlərinin təhqiqatı departamentinin yaxınlığında minalanmış avtomobillər partladılıb. Hücumun məsuliyyətini “Əş Şabab” terror qruplaşması üzərinə götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.