DÜNYA


Somalidə terror aktı nəticəsində ən azı 10 nəfər ölüb

Bakı, 22 iyul, AZƏRTAC

Somalidə avtomobilə qoyulmuş bombanın partlaması nəticəsində ən azı 10 nəfər ölüb, onlarla adam yaralanıb. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, terror aktı paytaxt Moqadişoda polis-nəzarət məntəqəsinin yaxınlığında törədilib.

Yerli televiziya kanalları partlayışın insanların sıx olduğu yerə, şəhərin mərkəzində baş verdiyini bildirib. Xəbərlərdə ölü sayının daha da arta biləcəyi qeyd olunur. İnsidentlə bağlı məsuliyyəti heç bir silahlı qruplaşma öz üzərinə götürməyib. Polis və hərbçilər terrorçuları yaxalamaq üçün əməliyyat aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.