DÜNYA


Somalidə terrorçular ABŞ-ın 4 hərbçisini qətlə yetiriblər

Qahirə, 7 sentyabr, AZƏRTAC 

Somalidə “Əl Şabaab” terror təşkilatının törətdiyi partlayış nəticəsində ABŞ-ın yerli əsgərlərə təlim keçən 4 hərbçisinin həlak olduğu bildirilir. “Əl-Qaidə”nin yerli silahlı qruplaşması bəyan edib ki, kamikadze terrorçunun idarə etdiyi avtomobilin partladılması nəticəsində Somali ordusunun 16 əsgəri də qətlə yetirilib, 12 hərbçi isə yaralanıb. Terrorçular ABŞ-ın hərbi texnikasını da məhv etdiklərini bildiriblər.

Ölkə hökuməti isə partlayış nəticəsində ABŞ-ın bir hərbçisinin və 10 nəfər somalili əsgərin həlak olduğu barədə məlumat yayıb.

Beynəlxalq jurnalistlər qeyd edirlər ki, son vaxtlar “Əl Şabaab” terror təşkilatı ilə rəsmi Moqadişonun məlumatları arasında ciddi fərqlər olur.

Somalidə hökumət qüvvələri ilə 2008-ci ildən döyüşən terrorçu qruplaşma bu ölkədə şəriət qanunları ilə idarə edilən dövləti qurmaq istəyir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.