DÜNYA
Somalinin paytaxtında otelə hücum nəticəsində 10 nəfər həlak olub
Bakı, 20 avqust, AZƏRTAC
Somalinin paytaxtı Moqadişoda “Aş-Şabab” terror qruplaşmasının otelə hücumu nəticəsində azı 10 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti ölkənin təhlükəsizlik xidmətlərinə istinadla məlumat yayıb. Məlumata görə, mehmanxananın yerləşdiyi rayonda şənbə günü səhər saatlarında atəş səsləri eşidilməyə davam edib. Qəzet yazır ki, oteldən onlarla dinc sakin, o cümlədən uşaqlar təxliyə olunub.
“Aş-Şabab” qruplaşmasının üzvləri cümə günü məmurlar və hərbçilər arasında populyar olan “Hayt” otelinə hücum ediblər. Köməyə gələn polis dəstələri onların qurduğu pusquya düşüb. Hücum zamanı üç əldəqayırma bomba partladılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]