İQTİSADİYYAT


Son 10 ayda ölkəmizi 2 milyondan çox səyahətçi ziyarət edib

Bakı, 20 noyabr, AZƏRTAC

Bu ilin yanvar-oktyabr aylarında Asiya və Yaxın Şərq ölkələrindən gələn səyahətçilərin sayında böyük artım müşahidə olunub.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, 2018-ci ilin yanvar-oktyabr aylarında Yaxın Şərq ölkələrindən gələn ziyarətçilərin sayı 330 min olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42 faiz artım deməkdir. Belə ki, bu regiondan Səudiyyə Ərəbistanı, İsrail və Küveytdən olan səyahətçilər üstünlük təşkil edib. Yanvar-oktyabr ayları ərzində ölkəmizə gələnlər arasında Rusiya vətəndaşları 752 min səyahətçi ilə birinci yerdə durur. Rusiyalı səyahətçilər 2017-ci ilin eyni ayları ilə müqayisədə 3,3 faiz artaraq Azərbaycana gələn bütün xarici vətəndaşların 31 faizini təşkil edib.

Bu dövrün statistikası ilə əlaqədar ən maraqlı fakt Hindistan və Pakistandan gələn səyahətçilərin sayının müvafiq olaraq 183 faiz və 149 faiz artmasıdır. 10 ay ərzində ölkəyə daxil olan səyahətçilərin ümumi artım tempi 6,1 faiz təşkil edərək səyahətçilərin sayı isə 2 milyon 277 mindən 2 milyon 416 minə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.