CƏMİYYƏT


Son 15 gün ərzində Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 45 nəfər saxlanılıb VİDEO

Bakı, 7 dekabr, AZƏRTAC

Son 15 gün ərzində Suraxanı rayonunun Hövsan, Əmircan, Bülbülə, Yeni Günəşli və digər qəsəbələrində rayon polis idarəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyatlar zamanı altı nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əməliyyatlar zamanı Ramin Əsgərov, İqor Romanov, Yusif Həsənov, Rəhman Cəfərov, Rəşad Hüseynov və Tərlan Abbasov narkotik vasitələrin satışı ilə məşğul olduqları üçün tutularaq istintaqa cəlb ediliblər. Bu şəxslərdən ümumilikdə iki kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə, həmçinin satışı qadağan edilən həblər aşkarlanıb.

İdarə əməkdaşlarının, həmçinin qeyd edilən dövrdə keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 39 nəfər saxlanılıb. Bu şəxslərin hər biri barəsində polis idarəsinin istintaq şöbəsində araşdırmalar başlanıb. Saxlanılan şəxslərdə külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

Keçirilən növbəti əməliyyatlar zamanı Yeni Günəşli qəsəbəsində beş mənzildən oğurluq edən Emin Cəfərov və saxta pul hazırlayaraq dövriyyəyə buraxmağa çalışan Elcan Şahverdiyev saxlanılıb. Sonuncudan 600 manat məbləğində saxta əsginas aşkarlanaraq götürülüb.

Qeyd olunan faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər hüquqazidd əməllər törədən şəxslərin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.