İQTİSADİYYAT


Son 15 ildə Azərbaycanda həyata keçirilən 33 qlobal islahatdan 5-i vergilərin ödənilməsinə aiddir

Bakı, 24 iyul, AZƏRTAC 

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “Qlobal innovasiyalar indeksi – 2018” hesabatında Azərbaycan bir sıra göstəricilər üzrə yüksək mövqeyini qoruyub.

AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, Azərbaycanda son 15 ildə 33 qlobal islahat həyata keçirilib: bunlardan 7-si biznesə başlama, 6-sı kreditin əldə olunması, 5-i isə vergilərin ödənilməsi sahəsinə aiddir.

2018-ci ilə aid hesabat özündə müxtəlif çağırışları əhatə edir ki, bunlar da enerji resurslarının diversifikasiyası, innovativ enerji resurslarına keçid, enerji resurslarından səmərəli istifadə üçün yüksək texnologiyaların rolu və alternativ enerji mənbələrindən ibarətdir.

Hesabatda son illər biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan islahatların nəticələri ölkəmizin irəliləməsinə təsir göstərib. Azərbaycan “Biznes mühiti” indikatoru üzrə 38-ci, “Biznesə daha asan başlama” alt indikatoru üzrə isə 15-ci yerdə qərarlaşıb. Qlobal R&D şirkətləri üzrə Azərbaycan dünya ölkələri arasında 40-cı, elektron hökumət xidmətləri üzrə isə 126 ölkə arasında 47-ci yeri tutur. Ən yaxşı nəticə isə (26-cı yer) “Bazarın inkişafı” indikatoru üzrə əldə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.