REGİONLAR
Son 16 ildə Oğuz rayonunun sahibkarlarına 12 milyon manatdan çox güzəştli kredit verilib
Oğuz, 29 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Özəl sektorun maliyyə təminatının yaxşılaşdırılması, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə 2003-2019-cu illər ərzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən Oğuz rayonu üzrə 228 sahibkara 12 milyon 361 min manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 995 yeni iş yeri yaradılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, 2019-cu ildə rayonda 388-i daimi olmaqla, 578 yeni iş yeri açılıb. Daimi iş yerlərinin 8-i yeni yaradılan, 52-si mövcud müəssisə və təşkilatların, 328-i isə fiziki şəxslərin payına düşür. Bundan əlavə, ötən il digər tədbirlər üzrə 190 müvəqqəti iş yeri yaradılıb.