DÜNYA


Son 24 saat ərzində İranda koronavirusdan 169 nəfər həyatını itirib

Tehran, 29 iyul, AZƏRTAC

Son 24 saat ərzində İranda 2 min 636 nəfər koronavirusa yoluxub, 169 nəfər isə həyatını itirib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə İranın Səhiyyə Nazirliyi açıqlama verib.

Qeyd olunub ki, yoluxanların ümumi sayı 298 min 909 nəfərə, ölənlərin sayı isə 16 min 343-ə çatıb. Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə alan 259 min 116 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4 min 27 nəfərin vəziyyəti ağır olaraq qalır.

Nazirliyin açıqlamasında o da vurğulanıb ki, İranın Qərbi Azərbaycan və Gülüstan vilayətləri qırmızı zonadan çıxıb. Belə ki, bu vilayətlərdə yoluxma və ölüm halları aşağı düşüb. Buna baxmayaraq, Tehran, Mazandaran, Loristan, Xorasan, Hörmüzgan, Kirman, İsfahan, Simnan, Elam və Əlborz vilayətlərində vəziyyət hələ də ağır olaraq qalır.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.